Neftçalanın icra başçısı Bakıya niyə çağrılıb?
21-02-2014, 07:30
Oxunub: 4 739
Qəfil dəvət alan İsmayıl Vəliyevin görüşdən sonra səhhətində problemlər yarandığı deyilir
Neftçalanın icra başçısı İsmayıl Vəliyevin qəfil olaraq Bakıya, Prezident Admnistrasiyasına dəvət edildiyi məlumatı yayılıb. İcra başçısının günorta saatlarında bir telefon zəngindən sonra paytaxta yola düşməsi onun haqqında müəmma yaradıb. Elə bu səbəbdəndir ki, Vəliyevin haqqında müxtəlif məzmunlu məlumatlar dolaşmağa başlayıb. Həmin məlumatlarda deyilir ki, Admnistrasiyaya çağırılan icra başçısının keçirdiyi görüşdən sonra səhhətində problemlər də yaranıb. Onun qan təzyiqinin yüksək olması səbəbindən paytaxtdakı klinikaların birinə müraciət etdiyi deyilir.
Qeyd olunur ki, rayonda sahibkarlarla yola getməyən və onların obyektlərini əllərindən almaq istəyən Neftçalanın icra başçısından edilən şikayətlərin sayı həddindən artıq çox olub. Onların bir çoxu isə haqlı olmaqla yanaşı, həm də araşdırılıb. Ortaya çıxan nəticələrin isə Vəliyevin hətta işdən çıxarılmasına belə gətirib çıxaracağı deyilir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər