BolgeXeber.Com » Bölgə » Saatlıda müəllimlərdən icra başçısına ultimatum

Saatlıda müəllimlərdən icra başçısına ultimatum

21-02-2014, 15:20
Oxunub: 4 209 «Stol-stuldan tutmuş kompüter, yanacaq pulunacan yığırlar"

Mətbuatda gedən məlumatları araşdırmaq adı altında həmkarlarına təzyiq edən Siraqəddin Cabbarov və müavini Reyhan Ocaqovaya aksiya keçirəcəklərini çatdırıblar

Son günlər Saatlı təhsili ilə bağlı mətbuatda yayımlanan məlumatlar rayon rəhbərliyini ciddi şəkildə narahat etməyə başlayıb. Yerli təhsil şöbəsində baş verən özbaşınalıqları əks etdirən bilgilərin mətbuata sızması icra başçısı Siraqəddin Cabbarovun da qəzəblənməsinə səbəb olub.

Məlumatlarda vurğulanır ki, bununla bağlı şikayət edənlər bildiriblər ki, şöbənin müdiri bütün direktorlardan pul tələb edir və bunu müxtəlif adlar altında həyata keçirir. Məsələn, bir müddət əvvəl ATV kanalı və TQDK-nın açıqladığı imtahanda 2 alan şagirdlərin sayı barədə Saatlıdan reportaj hazırlanması məsələsi pul yığmaq üçün yaxşı bəhanə olub. Belə ki, şöbə müdiri direktorlardan bu iş üçün 150 manatdan pul yığdırıb.

Şikayət edənlər daha sonra bildiriblər ki, direktorlardan pul tələb edilməsi onları da məktəbləri talamasına gətirib çıxarıb. «Stol-stuldan tutmuş kompüter, yanacaq pulunacan yığırlar. Hətta xadimələrin puluna belə göz dikirlər. Bundan başqa Saatlıda əksər məktəblərdə sinif otaqlarında soyuq olduğuna görə 4 saat dərs tədris olunur. Qara Nuru orta və umumi orta, Sarıcalar orta, Genişənd ümumi orta, Əliabad umumi orta məktəblərində vəziyyət məhz belədir. Buna səbəb yanacaq pulunun direktorlar tərəfindən yeyilməsidir. Ən biabırçı vəziyyət isə Məmmədabad kənd tam orta məktəbindədir, hansı ki, bir vaxtlar şagird qəbuluna görə rayonda 1-ci yeri tuturdu. Lakin V.Bayramov həmin məktəbə direktor gələndən sonra məktəb xarabazarlığa cevirilib. 3 ildir 1 dənə qəbulu yoxdur. Məktəbin həyəti natəmizlik, üfunət mənbəyidir. Buna səbəb məktəbdə xidmətçinin olmamasıdır. Əslində xidmətçi var ,amma məktəbin qapısını tanımr. Hamısının pulunu direktor alır. Gündüz gözətçisi Cəfərova Rəşidə, gecə gözətçisi Bayramova Xəyalə, dalandar Nuriyev Natiq (yoxlaya bilərsiniz) ,12 xidmətçisi olan məktəbdə xidmətçi tapılmır ki, təmizlik işləri aparılsın. Direktorun dediyinə görə onu bu vəzifəyə icra başçısı Siracəddin Cabbarov qoyub və bu səbəbdən ona hec kim hec nə edə bilməz».

Bu xəbərlərin yayılmasından sonra Saatlının icra başçısı Siraqəddin Cabbarov təhsil Şöbəsinin müdiriylə ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Reyhan Ocaqovaya bərk əsəbiləşib. Verilən məlumatlarda vurğulanır ki, icra başçısı onlardan məlumatları mətbuatdan yığışdırmağı tələb etməklə yanaşı, şikayətçilərin də kimliyini müəyyənləşdirərək cəzalandırılmasını istəyib.

Məlumatlarda vurğulanır ki, R.Ocaqova da icra başçısının bu tapşırığını əsas götürərək, şikayət edə biləcək şəxsləri bir-bir çağıraraq, onlara təzyiqlər edir. Bu azmış kimi, onları polislə hədələyərək, həbs etdirəcəyini deyir. Rayonda bununla bağlı vəziyyət artıq o həddə çatıb ki, müəllimlər sərt şəkildə etirazlarını bildirməyə başlayıblar. Həmkarlarını nahaq yerə İcra Hakimiyyətinə çəkilməsinə etiraz edən təhsil işçiləri geri addım atılmayacağı təqdirdə aksiyalara da əl atacaqlarını bəyan ediblər.
Bolgexeber.com