BolgeXeber.Com » Bölgə » Sabirabadın baş həkimi səhiyyə nazirini necə aldadıb

Sabirabadın baş həkimi səhiyyə nazirini necə aldadıb

26-02-2014, 12:40
Oxunub: 4 048 Əziz Mikayılov rayonda hər il onminlərlə xəstənin olduğunu və onlara isə yüz minlərlə manatlıq yemək verildiyini sənədləşdirib

Azərbaycanda korrupsiya halları araşdırıldıqca daha maraqlı mənzərələr ortaya çıxır. Hökumətin antikorrupsiya tədbirlərinə, habelə geniş həbslərin aparılmasına rəğmən, məmurların yenə də öz bildiklərini etməsi isə bu işə bir növ adətkərdə olmalarından irəli gəlir.

Jam.az xəbər verir ki, analoji vəziyyət Sabirabad rayon Mərkəzi Xəstəxanasında müşahidə olunur. Qeyd edək ki, bu xəstəxanada təkcə ərzaq məhsullarının satın alınması adı altında 285 min manatdan artıq dövlətin pulunun aqibəti sual altına düşüb. Belə ki, «Teymurov İF» MMC tərəfindən ərzaq məhsullarının satın alınması 119870 manat xərcləyən baş həkim, bu məhsulları hansı xəstələrə verdiyi olduqca maraqlı məsələdir. Çünki hələ Sabirabadda elə bir xəstə yoxdur ki, ona Mərkəzi Xəstəxanada yatdığı müddətdə qida məhsulları verdiyini təsdiqləsin.

Hərçənd sözügedən rayon xəstəxanasının rəhbəri "Sabirabad rayon Bərəkət Çörək zavodu" MMC-lə anlaşaraq, onların xətti ilə 15000 manatlıq çörək aldığını sənədləşdirdiyi deyilir.Əziz Mikayılov rəhbərlik etdiyi xəstəxanaya ət məhsulları almaq üçün isə büdcədən rekord həcmdə pul ayırtdırmağa nail olub. Belə ki, "Kəndabad-ZB" MMC şirkətinin əliylə ət alınmasına 103125 manat pul sərf edildiyi üzə çıxıb.

Bu rəqəmlər arasındakı müqayisələr aparıldıqda kifayət qədər zidiyyətlərin ortaya çıxdığı məlum olur. Məsələn, alınan məhsulların həcmini bir araya gətirdikdə belə anlaşılır ki, Sabirabadda xəstələr ancaq ət yeyirlər. Üstəlik, bazar qiyməti 8 manat olan ətin alınmasına sərf olunmuş 103125 manata isə təqribən 13 ton ət almaq mümkündür. Bu da ildə orta hesabla minlərlə xəstənin ətlə bişirilmiş yeməklə təmin olunmasına bərabərdir. İndi sual olunur ki, Sabirabadda həqiqətənmi hər il minlərlə insan yerli xəstəxanalarda yatır?

Çörək alınması məsələsi də kifayət qədər maraqlıdır. Çünki 15 min manata orta hesabla 37500 ədəd çörək almaq mümkündür. Gün ərzində bir xəstənin norma üzrə 500 qramdan bir qədər artıq çörək yeməsi mümkündür. Belə olan təqdirdə, Əziz Mikayılovun rəhbərlik etdiyi xəstəxanada müalicə alanların sayı ilə real rəqəmlər arasında daha bir zidiyyət yaranır. Çünki bu ildə orta hesabla 10 min nəfərdən artıq şəxsin təkcə Sabirabad rayon Mərkəzi Xəstəxanasında yatması anlamına gəlir.

Təbii ki, baş həkimin bu sualı əsaslandıra biləcəyini sanmırıq. Amma yenə də onun mövqeyini dərcə etməyə hazırıq.