Yevlaxda etiraz aksiyası olub
28-02-2014, 09:10
Oxunub: 3 821
Yevlaxda sosial müdafiə fondunun qarşısında izdihamlı etiraz aksiyası başlayıb.
Verilən xəbərə görə, Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısında etiraz aksiyası başlayıb. Rayon əhalisi qurumun fəaliyyətindəki nöqsanlardan cana doyduğundan ayağa qalxıb.
Ötən ay Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qarşısında haqsızlığa dözməyərək özünü yandıran əlil Nizami Kərimovun həyat yoldaşı Zülfiyyə Kərimova da etirazçılar arasındadır.
Z.Kərimova əməkdaşımıza bildirib ki, indiyə qədər bu ailə ilə maraqlanan olmayıb, dəfələrlə aidiyyatlı qurumlara müraciət etməsinə baxmayaraq, bütün şikayətləri cavabsız qalıb: “Ərim özünü yandırandan sonra Natiq Məmmədovu işdən çıxarıb ,onun yerinə müavini Zərifə Əsədovanı təyin ediblər. Ancaq bu yerdəyişmə camaatın gözünə kül üfürmək üçün edilib. Çünki Natiq yenə də Zərifəni qabağa verib, öz işini görür”.
Əməkdaşımız bildirir ki, aksiyaya polis müdaxilə edib.
Aksiyanı izləyirik,diqqətiniz bizdə olsun.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər