Beyləqan Xəstəxanasında acınacaqlı vəziyyət hökm sürür
1-03-2014, 07:15
Oxunub: 3 461
Beyləqan rayon Mərkəzi Xəstəxanası ilə baglı sensasion məlumatlar əldə edib. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, son bir ildə Beyləqan rayon mərkəzi xəstəxanasında həkim səhlənkarlığı ucbatından baş vermiş ana ölümlərinin sayı durmadan artır. Maraqlı məqam odur ki, baş vermiş ana ölümlərinin sayı, sərbəst doguş zamanı deyil, keyseriyyə əməliyyatı zamanı baş verir. Olaytv.az-ın bu istiqamətdə apardığı araşdırmalardan belə məlum olub ki, ən çox keyser əməliyyatı zamanı, peşəkar cərrahlardan deyil, qeyri peşəkar həkimlərin təcrübəsizliyindən irəli gələrək çoxsaylı ana və uşaq ölümü faktı yaranır.
Məlumatlardan və aparılan araşdırmalardan o da bəlli olub ki, hazırdan əməliyyat zamanı ana və uşaq ölümlərinə bais olan həkimlər bu gün də xəstəxanada işləyir və onların əməlləri baş həkim Əli Məmmədov tərəfindən ört-basdır edilir.
Beyləqandan əldə etdiyimiz məlumatlarda bildirirlir ki, Əli Məmmədovun xəstəxanaya baş həkim təyinat alması Beyləqan səhiyyəsini əməlli-başlı çökdürüb. Xəstəxanaya müraciət edən xəstələr öz dərdlərindən çox baş həkimin halına acıyırlar. Onlar bildirilir ki, heç bir idarəçilik təcrübəsi belə olmayan baş həkim Əli Məmmədovun gün ərzində fəaliyyəti özü üçün pul qazanmağa qarışıb. Xəstəxananın mövcud problemləri isə Allahın ümidinə qalıb.
Araşdırmalarımızdan belə qənaətə gəlmək olur ki, baş həkim Əli Məmmədov Beyləqan RMX –nı korrupsiya və rüşvətin tügyan etdiyi bir səhiyyə ocağına çevirib.
P.S. Xəstəxanada rentgen müayinəsi üçün standardlara cavab verən otaq şəraitinin olmadığı da bildirilir.
Bu və digər daxil olmuş məlumatlar barədə irəlləyən günlərimizdə oxuya biləcəksiniz.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər