BolgeXeber.Com » Bölgə » Mikayıl Cabbarovun Sabirabad RTŞ-nin müdirindən xəbəri var?

Mikayıl Cabbarovun Sabirabad RTŞ-nin müdirindən xəbəri var?

4-03-2014, 06:25
Oxunub: 5 976 “Bu adam şöbə müdiri keçəndən təhsilimiz xoş gün görmür. Savadı olmayanlar müəllim, direktor qoyulur. Savadlı kadrları isə sıxışdırıb işdən çıxarırlar"

Biz saytımızda bir müddət əvvəl dərc olunmuş və rayonlarda fəaliyyət göstərən bir çox təhsil şöbələrinin yarıtmaz işlərindən, bu qurumların rəhbərləri tərəfindən yol verilən ciddi qanun pozuntularından bəhs edən materiallarda belə bir fikir irəli sürmüşdük ki, respublikanın Təhsil Nazirliyi bu özbaşınalıqlara bilərəkdən göz yumur.

Qeyd etmək lazımdır ki, bu material TN-nin rəhbərliyində məlum dəyişikliklərdən əvvəl dərc olunmuşdu. Mikayıl Cabbarovun yeni Təhsil naziri təyin olunmasından sonra isə RTŞ-lərin rəhbər işçilərinin də “ələkdən keçiriləcəyi” böyük ümidlə gözlənilirdi. Bu gün isə vəziyyətin diqqətlə araşdırılması nəticəsində belə bir qənaətə gəlmək olur ki, nazirlik sadəcə bu strukturlar üzərində olan nəzarəti itirmişdir. Korrupsioner məmurların bu gün də səngimək bilməyən vəzifə uğrunda çəkişmələri ölkənin təhsil sistemini sürətlə tənəzzülə doğru sürükləyir. Qəzetimizin ötən saylarında biz dəfələrlə Sabirabad RTŞ-nin yarıtmaz fəaliyyətindən, şöbənin müdiri Elman Bünyatovun öz işində yol verdiyi ciddi qanun pozuntularından, hətta müəllim əxlaqına sığmayan əməllər törətməyindən bəhs edən məqalələr dərc etmişik. Həmin məqalələrdə biz dönə-dönə qeyd etmişdik ki, E.Bünyatovun fəaliyyətinin bir çox qaranlıq məqamları, çirkn əməlləri redaksiyamıza rayon sakinləri tərəfindən ünvanlanan şikayət məktublarında ifşa olunsa da, bütün bu materiallar hələ də aidiyyatı olan instansiyaların diqqətini cəlb edə bilməmişdir. Hətta dərc olunmuş məqalələrin birində təhsil şöbəsi müdirinin Təhsil Nazirliyinin əməkdaşlarına qarşı yol verdiyi əsil xuliqanlıq əməllərindən də bəhs olunmuşdu. Məlum olduğu kimi E.Bünyatov Sabirabadın keçmiş icra başçısı Heydər Abbasovun müavinlərindən biri olmuş Vəfadar Bağırovun yaxın qohumudur. Elə təhsil şöbəsinin müdiri vəzifəsinə də E.Bünyatov məhz V.Axundovun himayəsi sayəsində təyin edilmişdi. Lakin rayona yeni başçının təyin edilməsi V.Bağırovun Sabirabaddakı mövqelərini bir qədər sarsıtmış oldu. Etibarlı mənbələrdən aldığımız məlumatlarda bildirilirdi ki, Nazim İsmayılov Sabirabadın RİH Başçısı təyin olunduqdan az müddət sonra Vəfadar Axundovu tutduğu vəzifədən azad etmişdi. Lakin Prezident Administrasiyasında hansısa kiçik bir vəzifəyə təyin olunan V.Bağırovun bundan sonra da özünü Sabirabaddakı köhnə tanışları qarşısında böyük səlahiyyətlər sahibi kimi qələmə verərək RTŞ-nin rəisi E.Bünyatova himayədarlığını davam etdirir. Bu himayədarlıq isə həm rayonun təhsil sistemində, həm də ümumiyyətlə Sabirabadda müxtəlif mürəkkəb intriqalarla müşayiət olunur. Xatırlayırsınızsa təqdim olunan məlumatlarda V.Axundovun E.Bünyatova bu yaxınlarda onu nə az-nə çox birbaşa RİH başçısı təyin etdirəcəyini söz verdiyi də bildirlirdi. Təbii ki, bu əsassız vədlər və iddialar böyük ehtimalla bu gün kimi isə maraqlandıra biləcək informasiya kimi qəbul edilmir. Lakin Elman Bünyatovun hələ də qarşısı alınmayan özbaşınalıqları Sabirabad təhsilini iflic vəziyyətində saxlamaqda davam edir. RTŞ müdirinin gördüyü işlərdən, tutduğu qanunsuz əməllərdən narazı olan Sabirabad ziyalıları vəziyyətə münasibətlərini müxtəlif insatansiyalara göndərdikləri şikayət ərizələrində belə təsvir edirlər: “Bu adam şöbə müdiri keçəndən təhsilimiz xoş gün görmür. Savadı olmayanlar müəllim, direktor qoyulur. Savadlı kadrları isə sıxışdırıb işdən çıxarırlar. Təhsilimiz bu insanın əlində məhv olmaq üzrədir...” Bir müddət əvvəl yerli sakinlərdən aldığımız məlumatlarda isə göstərilirdi ki, Maliyyə Nazirliyinin müvafiq strukturları tərəfindən Sabirabad rayon Təhsil Şöbəsində aparılan yoxlamalar nəticəsində E.Bünyatovun törətdiyi bir çox maliyyə maxinasiyalrı və külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi halları üzə çıxarılıb. Bununla belə şöbə müdiri həmin yoxlamadan sonra da öz layiqli cəzasını almadı. Son aldığımız məlumatlarda Sabirabad RTŞ-nin fəaliyyətinin növbəti dəfə təftiş olunduğu xəbər verilir. Lakin məlumalarda bu da bildirilir ki, Elman Bünyatov yeni nazirin də ona qarşı tədbir görməyə gücü çatmayacağını vurğulayaraq öz vəzifə kürsüsündə olduqca rahat əyləşib...