Neftçala İcra Hakimiyyəti tapşırıqları yerinə yetirmir
5-03-2014, 06:40
Oxunub: 4 637
Şəhid ailəsindən onlara ev verilməsi üçün pul istənilib, məsələdən xəbərdar olan Fond rəhbərliyi onların cəzalandırılacağını vəd edib
Azərbaycanda yerli İcra Hakimiyyətlərinin yeri gəldi-gəlmədi pul qazanmaq həvəsi işi o həddə çatdırıb ki, hətta şəhid ailələrindən belə rüşvət tələb edirlər. Analoji vəziyyət Neftçala rayonunda da yaşanıb.
Redaksiyamıza müraciət edən rayonun Böyük Oryad kənd sakini, şəhid atası Əsədağa Mütəllimov bildirib ki, oğlu Aqil 1993-cü ilin 10 dekabrında Beyləqan istiqamətində gedən döyüşlərdə şəhid olub. O qeyd edib ki, oğluna şəhid statusu da verilib.
Amma bu, Mütəllimovlar ailəsinin yeganə itkisi deyil. Həmçinin Aqil Mütəllimovun əmisi oğlu Asəf Mütəllimov da Qarabağda gedən döyüşlərdə şəhid olub. Elə onun da şəhidlik statusu mövcuddur. Amma yaşadıqları şərait ağır olduğundan onlar bir neçə dəfə Neftçala rayon İcra Hakimiyyətinə mənzillə təmin olunmaları üçün müraciət ediblər.
İndiyə qədər onların etdiyi müraciətlərə əhəmiyyət belə verilməyib. Bu azmış kimi, onlardan evin verilməsi qarşılığında pul tələb olunub. Ə.Mütəllimov deyir ki, pul vermədikləri üçün indiyə qədər evlə təmin olunmayıblar. «Oğlum Amil dəfələrlə yerli qurumlara işlə təmin olunması üçün müraciət edib. Amma kimsə onun müraciətinə baxmayıb. Və bu günə qədər işsizdir».
JAM.AZ xəbər verir ki, şəhid Aqil Mütəllimovun qardaşı və atası bu yaxınlarda Heydər Əliyev Fonunda olublar. Orada isə məlum olub ki, bu ailəyə ev verilməsi ilə bağlı Neftçala rayon İcra Hakimiyyətinə tapşırıq verilib. «Fonddan bizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdilər. Nazirlikdə bildirdilər ki, bizə ev verilməsi ilə bağlı İcra Hakimiyyətinə bir neçə dəfə tapşırıq verilib. Sonuncu belə tapşırıq isə bir qədər əvvəl olub».
Şəhid atası deyir ki, nazirlikdə təəccüb edirdilər ki, niyə indiyə qədər onlara ev verilməyib. «Bizə söz verdilər ki, bu işdə əli olan İcra Hakimiyyəti rəsmilərini cəzalandıracaqlar və qısa müddətdə evlə təmin olunacağıq».
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər