BolgeXeber.Com » Bölgə » Sabirabad Rayon Xəstəxanasında pullu "pulsuz"xidmət

Sabirabad Rayon Xəstəxanasında pullu "pulsuz"xidmət

7-03-2014, 10:40
Oxunub: 4 122 Əziz Mikayılovun Perinatal Mərkəzin baş tibb bacısı ilə dostluq münasibətləri olub


Baş həkim toplanan vəsaitləri rayon maliyyə idarəsinin rəisilə birgə rəzmrabedən keçirib.Bir müddət öncə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi dəyişdirilsə də, adıçəkilən tibb müəssisəsində mövcud olan problemlər hələ də həll olunmamış qalmaqdadır. Belə ki, hazırda Əziz Mikayılovun baş həkimi olduğu Sabirabad Rayon Mərkəzi Xəstəxanasında pulsuz tibbi xidmətdən demək olar ki, əsər-əlamət qalmayıb.Baş həkimin Sabirabad, Hacıqabul, Şirvan şəhər Regional Tibbi Sosial Ekspertiza Komissiyasının sədrilə əlbir olaraq rayonun səhiyyə sistemini iflic vəziyyətə gətirdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında vəziyyət getdikcə bərbad hala düşməkdədir: «Sabirabad rayonunun kəndlərində yerləşən tibb müəssisələrinin durumu isə daha acınacaqlıdır. Baş həkim Əziz Mikayılov bu müəssisələrin bir çoxunun dəqiq yerləşdikləri məkanlardan belə, xəbərsizdir». Hazırda Əziz Mikayılovun bir vaxtlar çalışdığı Sabirabad Rayonlararası Perinatal Mərkəzin rəhbərliyilə münaqişədə olduğuna diqqət çəkən məlumatlı şəxs iddia edir ki, o, perinatal mərkəzdə həkim-anestezioloq işlədiyi dövrdə bu müəssisənin baş tibb bacısı olan xanımla dostluq münasibətlərində olub: «Əziz Mikayılovun Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinə gəlməsi isə həmin xanımın işini bir xeyli yüngülləşdirib. Çünki artıq o, tam şəkildə Əziz Mikayılovun himayəsinə arxalana bilər. Onu da qeyd edim ki, həmin tibb bacısı bu gün faktiki olaraq Sabirabad Rayonlararası Perinatal Mərkəzinə rəhbərliyi həyata keçirir.

Həmin mərkəzdə də vəziyyət mərkəzi xəstəxanadakından fərqlənmir. Yəni hər iki tibb ocağında kifayət qədər ciddi qanun pozuntuları yaşanır». Sabirabad Rayonlararası Perinatal Mərkəzində adi doğuşa görə 200, qeysəriyyə əməliyyatına görə isə 500-600 manat məbləğində «rüsum» alındığını deyən mənbənin bildirdiyinə görə, Əziz Mikayılovun rəhbərlik etdiyi tibb müəssisəsində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur: «Hətta vərəm və şəkərli diabet xəstələri belə, pulsuz dərmanla təmin olunmurlar.

«Gündəlik Bakı» bildirir ki, yalnız bir neçə adda ucuz və az effektli dərman preparatları xəstələrə pulsuz verilir. Hələ bu, harasıdır. Bu yaxınlarda Əziz Mikayılov rayona maliyyə yoxlamasının gəlməsindən istifadə edərək Sabirabad Rayon Mərkəzi Xəstəxanasının şöbə müdirlərindən və kəndlərdə fəaliyyət göstərən tibb məntəqə rəislərinin hər birindən 300-500 manat arasında vəsait toplanması ilə bağlı göstəriş verib. Baş həkim həmin vəsaiti Sabirabad Rayon Maliyyə İdarəsinin rəisinin adından yığdığını və rayona ezam olunmuş maliyyə müfəttişlərinə verəcəyini bildirib. Baş həkimin bu hərəkəti həmkarlarının narazılığına səbəb olsa da, vəsaitin yığılmasında Sabirabad Rayon Maliyyə İdarəsinin rəisinin adı çəkildiyi üçün məsələni böyütməyiblər. Beləliklə, baş həkim toplanan vəsaitləri rayon maliyyə idarəsinin rəisilə birgə həzm-rabedən keçirib. Bu cür vəsait yığma kampaniyası indiyədək bir neçə dəfə təkrarlanıb və hər dəfəsində də toplanan pulların sonrakı taleyi heç kimə bəlli olmayıb».

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.