Kürdəmirdə idarə rəisi yoxa çıxıb-Yenilənib
8-03-2014, 07:30
Oxunub: 5 140
Rayonda 500-ə yaxın işçi etiraz edir
Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi Həmid Abbasovun malik olduğu adi məmur ola-ola böyük var-dövlətə sahib olması haqda bir müddət əvvəl yazmışdıq və ona məxsus olan tikintilərin fotolarını təqdim etmişdik. Bolgexeber.com bildirir ki,bu yaxınlarda redaksiyamıza daxil olan yeni məlumata görə Kürdəmirdə Mexaniki Suvarma İdarəsinin 500-ə yaxın işçisi etiraz etməyi düşünür.Buna səbəb Həmid Abbasovun yarıtmaz kadr siyasəti aparması göstərilir. Həmid Abbasovun idarədə qoyduğu özəl qaydalar və qanunsuzluqlar işçilər arasında o qədər narazıçılığa səbəb olub ki, bu hətta "Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin də qulağına çatıb. Bildirirlir ki, artıq beş gündür ki, idarə rəisi ümumiyyətlə işə çıxmır. Məlumatda həmçinin idarə rəisinin bu özbaşnalığından qəzəblənən Əhməd Əhmədzadənin yaxın zamanlarda işçisi ilə bağlı ciddi tədbir görəcəyi və onun işdən azad edəcəyi bildirilir. Qeyd edək ki,Həmid Abbasov Kürdəmirdə daha çox biznesmen kimi tanınır.
***
Kürdəmirdə idarə müdiri büdcə vəsaitlərini hara xərcləyir?-Fotofakt
Həmid Abbasov özünə məxsus olan obyektləri qardaşlarının adına sənədləşdirir Bolgexeber.com-a daxil olan məlumata görə Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisi 2 mərtəbəli kommersiya obyektinə, Ukraynada şəxsi evə və Bakıda mənzilə sahibdir. Təbii ki, müəssisə rəhbəri bütün bunlara sahib olmaq üçün kimlərinsə köməyindən yararlanır. Ümumiyyətlə, Mollakənd Mexaniki Suvarma İdarəsinə rəhbərlik etdiyi müddətdə Həmid Abbasov Kürdəmir rayonunda "Embawood” salonunun yanında, 2 mərtəbəli və uzunluğu 150 metr olan kommersiya obyektinə, Bakının "Vorovski” adlanan ərazisində şəxsi villaya, habelə Ukraynada şəxsi evə və kommersiya obyektinə sahib olub. İdarə rəisi özünə məxsus olan obyektləri qardaşları Cabir və Tofiqin adına sənədləşdirir». Mollakənd Mexaniki Suvarma İdarəsinin rəisinin oğlunun Bakıda yerləşən və aylıq ödəniş haqqı 700 manat olan "Modern school” məktəbinin 10-cu sinifində təhsil aldığını qeyd edən mənbə iddia edir ki, Həmid Abbasov adıçəkilən təhsil müəssisəsinin yaxınlığında inşa olunan hündürmərtəbəli binada özünə şəxsi mənzil alıb. Bolgexeber.com bildirir ki, bir müddət öncə idarə rəisinin özünə "Toyota Prado” markalı avtomobil aldığını bildirən məlumatlı şəxsin qənaətincə, bütün bunlar Mollakənd Mexaniki Suvarma İdarəsinin hesabına əldə olunub... Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Bolgexeber.com



Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər