BolgeXeber.Com » Bölgə » Sabirabad səhiyyəsində olan cinayət faktları

Sabirabad səhiyyəsində olan cinayət faktları

15-09-2011, 18:45
Oxunub: 12 129 Şikayətcilər isə bildirir ki, Səhiyyə Nazirliyinin bu rayonun səhiyəsindən umumiyyətlə xəbərləri yoxdur

Xəlifəli kənd həkim məntəqəsində biz olarkən kənd sakinləri Quliyeva Zərnişan Təvəkkül qızı, Əzizova Nəsibə Balazər qızı,Mustafayeva Elnarə Ağasən qızı,Əliyeva Səidə Balasər qızı və Hümbətov Abasətin dediklərinə görə buradakı məntəqədə fəaliyyət göstərən 10 nəfərdən ibarət personalı biz burada az-az görürük ,6-cı,bazar günləri isə heç birini tapmaq olmur,çünki onların iş qrafiki ümumiyyətlə yoxdur baş həkim tərəfindən tərtib edilib təsdiq edilməyib.Başımıza yüngül bir iş gəldikdə faciə ilə bitir.

Xəstələrimizi Sabirabadda səhiyyə sistemi olmadığından Şirvan şəhərinə aparırıq.(Adlar çəkdim,qoy Natiq it kimi ulasın,ya da istəyir Samir Bağırov kimi…) 2.Azadkənd həkim məntəqəsi 3 nəfər həkim ştatında oturur 3-də orta təhsilli və yerində də tapa bilmədik. Oranın baş həkimi Hidayət adlı şəxsdir və onun da həyat yoldaşı kənddə uşaq tutmaqla ,yəni mamaçılıqla məşğuldur.

2011-ci ildə Moranlı kənd sakini Hüseynova Gülər Ramiz qızını kənddə xəstəxana bağlandığı üzdən və səhlənkarlıq,məsuliyyətsizlik üzündən Azadkənd Tibb məntəqəsinə gətiriblər, doğuş zamanı uşağı qeyd olunan mamaça öldürüb.Və Əlifağa Nadirovun göstərişi və gizli maddi yardımı ilə onun ailəsi susdurulub.Qadının qohumları ilə əlaqə saxladıq Qorxduqlarını səmimi etiraf etdilər. 3. Rayonda 60 km aralıda olduğuna baxmayaraq Moranlı kəndində ümumiyyətlə tibbdən söhbət açmağa dəyməz.çünki orada səhiyyəyə aid heç bir şey yoxdur. Moranlıda camaat bizə bildirdilər ki,biz ümumiyyətlə xəstələrimizi Şirvana ,ya dakı Səlyana aparırırıq. Moranlıdan 2010-cu ildə isə doğuşla bağlı həkimsizlikdən və məsuliyyətsizlik üzündən yenə də Moranlı kənd sakini İsmayılova Nahidə Nədirxan qızı Səlyan rayonuna doğum üçün aparılıb və Səlyan xəstəxanasında doğum baş tutub ,amma uşaq ğlü doğulub.Bunun da səbəbi yenə aydındır. Sabirabad səhiyyəsi və onun başçısı Əlifağa Nadirov.4.Nizami kənd xəstəxanasının baş həkimi Quliyev Tofiq adlı birisidir və onu da orada tapa bilmədik. 15 çarpayılıq bir çirkab içində olan xəstəxanadır.12 nəfər xəstə qeydiyyatda olduğu halda cəmi orada 3 xəstə var idi. Xəstələrə verilən yeməklərin normativ sənədlərini bizə göstərməkdən imtina etdilər. 10 nəfər tibb bacısı fəaliyyət göstərir.

Yeməkxana olduqca çirkin antisanitar və yararsız bir haldadır. 5. Sərxanbəyli və Surxay obası kəndi. Bu kəndlərdə ümmumiyyətlə kənd sakinləri kənddə qripdən ölənlərin olduqlarını bildirdilər.Tibb xidməti yoxdur.Şəkər xəstələrinə dərman ala bilmirik,nə zaman insulinə gedirik deyirlər indi qurtardı dedilər. Bütün bunlar barədə baş həkim Əlifağa Nadirova dəfələrlə bildirdiklərini ,yanına getdiklərini bildirdilər.Biz bu gün niyə rayona yaxın kənd xəstəxanalarının qaldığını 60 km aralıda olan kənd xəstəxanalarının bağlandığını müəyyən etdik.Sən demə Əlifağa Nadirov Kənd xəstəxanalarının baş həkimlərindən 1500 manatdan pul yığırmış,verə bilməyənləri bağlayırmış.

Kişi islahatlar aparırmış sən demə. bunu da bizə camaat dedi. 6. Nərimankənddə ümumiyyətlə kənd tibb məntəqəsi də yoxdur. Qaratəpə kənd xəstəxanasında işləyən Tofiq adlı bir həkim həyətində bir otaqlı bir yeri qeyri-qanuni həkimxana açıb bu millətə xidmət göstərir.(Allah bilir necə?) .7. Rüstəmli,Ağasən,və Ağammədli kəndində də heç kimi tapa bilmədik ,yəni bu kəndlərdə də tibb xidməti yerində yoxdur.8. Yastıqobu kəndində bi ilin 8 ayı ərzində bir nəfər xərçəngdən bir nəfər də beyn qanamasından ölüb.9. Zalqarağac kəndində isə saat günorta 1-dən sonra heç kimi tapa bilmədik. Monitorinqlər davam edir. Əlifağa Nadirovun Cinayət əməlləri ifşa olunacaq.

Çox Hörmətli mediya mənsubları,İctimai qurumları və Nümayəndələri.! Biz Sizə keçən yazımızda Sabirabad rayonu Səhiyyəsində baş verənlərlə və rayonun Baş Həkimi Əlifağa Nadirovun korrupsiya və cinayət əməllərindən yazmışdıq. Bu gün SHMQ-nin ofislərinə müraciət edənlər səngimək bilməyib. Bu gün Moranlı kənd sakini Təhməzov Yavər, Balahəşimxanlı kənd sakini Əsədov Rəşid, Sərxanbəyli kənd sakinləri Mehtiyev Fərhad və Ağayev Ərəstun müraciət edərək bildirmişlər ki,Rayonun baş həkimi Əlifağa Nadirov rayona baş həkim təyin olunandan onlara qan uddurur. Şəkər xəstələri üçün insulin tapa bilmirlər,deyirlər nə zaman xəstəxanaya gedirik deyirlər ki,insulin elə indi qurtardı.

Amma rayon apteklərində bir flakon insulin 10 manata satılır.Bu necə olur biz bilmirik,insulinin dövlət qiyməti 20 manat olduğu halda apteklərdə necə 10 manata satılır? Əlifağa nadirov heç bir əsas gətirmədən Moranlı, Azadkənd, Ulacalı, Çölbeşdəli, Cavad, Qasımbəyli, Muğangəncəli kənd xəstəxanalarını bağlatdırdı,milləti pis günə qoydu. necə olur ki,rayonun 3-5 km-yində olan xəstəxanalar qalıb işləyir,amma rayondan 70-80 km aralıda olan xəstəxanalar bağlanılır.Sizcə buradan rüşvət iyi gəlmirmi? Bəli çünki bu xəstəxanalar başlanmamışdan Hörmətli Səhiyyə nazirimiz Oktay Müəllim rayon xəstəxanalarında islahatların aparılmasını göstəriş vermişdi,Əlifağa Nadirov isə kim 1500 manat verib onun xəstəxanasını saxlayıb,amma rayondan uzaq yerlərdə xəstəxananın ən vacib olmalı olduqları yerdə isə. Həkimlərin qazancı orada az olduğu üçün 1500 manatı verə bilmədiyi üçün o xəstəxanalar bağlanıb. Bəli dostlar,məhz elə onun nəticəsidir ki,2011-ci ilin fevral ayında Sabirabad rayon Zalqarağac kənd sakini Balayeva Zəkiyyə Əhliman qızı doğuş zamanı həyatını itirmişdir.Həm ana həm də uşağı itən bu ailə dərdini indi kimə desin?

Aldığımız məlumata görə daha 5 ana həyatını doğuş zamanı itirib. Məlumatları dəqiqləşdirib söz veririk ki ictimailəşdirəcəyik. 2009-cu ildə bütün Sabirabad rayon işçilərinə bu şəxs zülm edib adınıda qoyub ki guya Maliyyə nazirliyindən kompleks yoxlama gəlib və bunda 100 min dollar rüşvət alıb gedib.Ona görə də bu 100 mini bağlamaq üçün rayon səhiyyə işçiləri 2 il əmək haqqı ala bilməyiblər və kənd xəstəxana baş həkimlərinin adına yanacaq ,yataq dəstləri,qida məhsulları və bu kimi sair şeyləri yazdırıb mənimsəyib. Mənbə bildirir ki,bu dəqiqə Əlifağa Nadirovun özündə 100 –dən artıq əmək haqqı kartları var ki,kimlərinsə adını işə yazdırıb onların adından o pulları özü alır. Qaratəpə kənd xəstəxanasının baş həkimi Rəna doktor adlı xanımı aldadaraq rayona aparmış və genikologiya şöbəsinin müdiri qoyaraq külli miqdarda pul almışdır. Və bir az onunla işlədikdən sonra onu gözümçıxdıya salaraq yenə də kəndə öz yerinə göndərmişdir.Yəni Qaratəpə kəndinin Baş həkimi vəzifəsinə.Bu insan üçün xalq,millət. dövlətçilik yoxdur,onun üçün yalnız rüşvət,korrupsiya,pul var. Xalqın gözündə bu qədər etibarını itirmiş bir insanın belə bir mühüm postda oturmağı məyus edici haldır.Amma Mən də,xalq da inanırıq ki, Hörmətli Səhiyyə Nazirimiz Oktay Müəllim Şirəliyev bu adam haqqında ciddi tədbir görülməsindən ötəri müvafiq sərəncam verəcəkdir. Biz isə öz növbəmizdə Əlifağa Nadirovun Respublika Baş Prokuroru yanında Korrupsiya İdarəsindən xahiş edəcəyik ki,maliyyə hesabatını yoxlasın və onun tabeçiliyində olan işçiləri və xalqı dindirsin. Oktay müəllimin də nəzərinə çatdırıram ki. Bütün bu oyunları Oktay müəllimin xsusi tapşırığının olması ilə vurğulayır. Məlumatlar gəldikcə sizə çatdıracağıq və qarşı tərəfindən münasibətini yazmağa hazırıq.


Sabirabadin baş həkimi İcra Başçisina “ağsaqqal”deyir.!

Kəndləri gəzərkən səhiyyənin vəziyyətinin nə olduğunu ,necə olduğunu sizlərə yazmışdıq. İndi isə ,yəni bu gün insanlar bizə aidiyyatı olmayan qəribə bir sual verdilər. Sual belə oldu: Rayona 2 aydır təyin olunmuş yeni İcra Hakimiyyətinin başçısı nə zamandan Əlifağa Nadirovun “Ağsaqqal”ı oldu? Bizə və işimizə heç bir aidiyyatı olmayan bu sual qarşısında çaşıb qaldıq. Dövlət məmurları arasında belə terminlərin işləməsi nə dərəcədə düzgündür və Çox Hörmətli Nazim İsmayılov nə zaman vaxt tapdı ki,Əlifağa Nadirova “Ağsaqqal”oldu? biz eşitmişik ki,ara-sıra “Ağsaqqal”sözünü idarə və təşkilat rəhbərləri öz Sədrlərinə və Nazirlərinə deyir.

Bizi isə bu məqam qətiyyən maraqlandırmır.Bizi maraqlandıran Sabirabad səhiyyəsinin Somali səhiyyəsinin vəziyyətində olmasıdır.Bundan da ötəri Çox Hörmətli Oktay müəllim Şirəliyevdən xahiş edirik Sabirabad Səhiyyəsi ilə bir yaxından maraqlansın,çünki biz Oktay müəllimin azərbaycan Səhiyyəsinin rəhbərliyinə keçəndən Səhiyyədə yaxşılığa doğru islahatların getdiyinin şahidi olduq.avropa standartlarına uyğun xəstəxana binalarının tikilməsi və həmin xəstəxanaların Avropa istehsalı olan tibb avadanlıqları ilə təmin edilməsi,gözəl xidmət və sairə.

Biz İctimai Birlik olaraq Ölkə Səhiyyəsindən çox razıyıq və bütün bu görülən işlərə görə Oktay müəllim Şirəliyevə minnətdarlığımızı bildiririk. Biz Oktay müəllimə faktları və xalqın xahişini çatdırdıq. Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının ”Neqativ halları görməzliyə vurmaq Dövlətə düşmənçilik siyasətidir” sözlərini əldə rəhbər tutaraq bu məlumatları bildirməyi özümüzə borc bildik.