Baş Prokurorluq Tovuzda iki vəzifəli şəxsin həbsinə aydınlıq gətirib
23-09-2011, 17:55
Oxunub: 6 942
Onlar rüşvət alarkən tuutlublar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon 28 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Rəhim Məmmədov və həmin komissiyanın ekspert-cərrahı Əli Həsənov korrupsiya halına yol verdiklərinə görə saxlanılıblar. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, Cəfər Yusifovun ona əlillik dərəcəsinin təyin olunması üçün ondan 1000 manat rüşvət tələb edilməsi barədə sentyabrın 17-də “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edib. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində cinayət törətmiş şəxslər ifşa olunaraq məsuliyyətə cəlb olunublar.
Onlar cinayət əlaqəsinə girərək, tələb olunan zəruri sənədləri komissiyaya təqdim edən və dəfələrlə müraciət edən Cəfər Yusifova 2-ci qrup əlillik dərəcəsinin təyin olunmasının 1000 manat müqabilində mümkün olacağını bildirməklə ondan rüşvət istəyiblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində 21 sentyabr 2011-ci il tarixdə Rəhim Məmmədov və ekspert-cərrah Əli Həsənov 28 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəaliyyət göstərdiyi binada Cəfər Yusifovdan 1000 manat rüşvət alarkən cinayət başında yaxalanıb.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci (bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb,Rəhim Məmmədov və Əli Həsənova həmin maddələrlə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər