İmişlidə yaşayan fransız xanım Sarkozi ilə görüşə bilər
6-10-2011, 19:25
Oxunub: 6 660
İmişli rayonunun Murquzallı kəndində yaşayan, əslən Fransadan olan İvonna Botto Jan Fransa prezidenti Nikola Sarkozi ilə görüşə bilər.
Bolgexeber.com-un məlumatına görə, o, sabah Azərbaycana səfər edəcək Fransa prezidenti ilə görüşmək üçün Prezident Administrasiyasına müraciət edib.
İvonna Botto Janın ölkəsinə qayıtmaq istəyi də təmin olunub və onun yaxın vaxtlarda Fransaya qayıdacağı gözlənilir.
Xatırladaq ki, İvonna Botto Jan bir neçə ay öncə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək 2010- cu ilin yazında baş verən daşqınlar zamanı qəzalı vəziyyətə düşən evinin tikilməsi və öz vətəninə getmək arzusunu özündə ehtifa edən məktubunu ölkə prezidenti və Fövqaladə Hallar nazirinə çatdırılmasını xahiş etmişdi. Bir neçə gün öncə fransız İvonna xanımın övladlarının “Kür” Qərargahına verdiyi məlumata görə, aidiyyatı qurumlar onun müraciətinə müsbət reaksiya verərək qəzalı evinin tikintisinə başlayıblar. Tikinti Fövqaladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər