Xaçmazda qətlə yetirilən bazar sahibinin sürücüsü saxlanılıb
16-09-2010, 13:05
Oxunub: 7 982

Sahibkar oğluna son zamanlar hədələndiyini deyibmiş
Xaçmaz rayonunda "Arzu" Ticarət Mərkəzinin sahibi, 73 yaşlı Nəcimə Babayevanın müəmmalı şəkildə ölümü ilə bağlı ailənin sürücüsü və yaxın adamı kimi tanınan Oqtay Azayev saxlanılaraq ifadəsi alınıb. Bu barədə “Bolgexebe”-in bölgə müxbirinə açıqlamasında N. Babayevanın kiçik oğlu Fuad Həbibov məlumat verib.
O, böyük qardaşı Cavid Həbibovun saxlanılması ilə bağlı yayılan məlumatı əsassız adlandıraraq bidirib ki, bu şayiələr anasının düşmənləri tərəfindən yayılıb: “Mənim anamın sahibkarlıq fəaliyyəti ilə bağlı düşmənləri çox olub. Bu şayiələri yayanlar həmin adamlardır. Cavid bir neçə gün əvvəl anamla Rusiyada müalicədən qayıdıb. Onların arasında heç bir mübahisəli məsələ olmayıb. Yalnız 2006-cı ildə anam mirasını aramızda bölərkən Cavid Rusiyada yaşadığından ona heç nə verməmişdi. Amma mirasını sonra, Cavid qayıdandan sonra yenidən böldü və məsələ bununla qurtardı”.
F. Həbibov onu bildirib ki, Xaçmazda anasının düşmənləri çox olduğundan və işə düzgün baxılmasına şübhə etdiklərindən bacısı Gülnarə Baş prokurorluğa məktub yazaraq cinayət işinin Xaçmaz rayonundan alınıb başqa rayona verilməsini xahiş edib. Fuad Həbibov eyni zamanda hadisədən bir neçə gün əvvəl anasının ona özünü ölümlə hədələdiklərini bildirdiyini də deyib.
Xaçmaz rayon prokuroru Rasim Məlikov “Bolgexeber”-ə açıqlamasında “Arzu” Ticarət Mərkəzinin sahibəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, 73 yaşlı Nəcimə Qayıtmaz qızı Babayevanın rayonun Muskal küçəsi 15 ünvanında yerləşən şəxsi üçmərtəbəli mənzilinin birinci mərtəbəsində naməlim şəxs və ya şəxslər tərəfindən küt alətlə vurularaq qətlə yetirilməsini təsdiqləyib.
Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov isə bölgə müxbirinə faktla bağlı heç bir məlumat verməyib.
Qeyd edək ki, N. Babayeva 25 ilə yaxın Xaçmaz rayon bazarının direktoru işləyib, 2001-ci ildən isə bazarı özəlləşdirərək “Arzu" Ticarət Mərkəzi adlandırıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şeirlər kitabı çapdan çıxan sahibkarın başı son zamanlar məhkəmə çəkişmələri ilə qarışıq olub.
Çox Oxunanlar
- 15-02-2025, 17:57 : Ronaldo İrana gedəcək?
İdman / Xəbərlər
- 22-02-2025, 16:53 : Xəsarət alanların sayı 165-ə çatdı
Xəbərlər / Ölkə
- 12-02-2025, 17:31 : Linza taxanlar üçün PİS XƏBƏR
Sosial / Xəbərlər
- 11-02-2025, 17:50 : Bu sosislərin satışına qadağa qoyuldu
Xəbərlər / Ölkə
- 20-02-2025, 17:32 : İrəvan aktiv şəkildə silah alır- Nə baş verir?
Dünya / Xəbərlər
- 14-02-2025, 17:28 : MSK nəticələri açıqladı
Xəbərlər / Ölkə
- 26-02-2025, 17:44 : Bərdə Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 33 illiyinə həsr edilmiş tədbir keçirilib
Bölgə / Xəbərlər
- 4-03-2025, 17:50 : Ombudsman Arutyunyan və Vardanyana başsağlığı verdi
Xəbərlər / Ölkə
- 13-02-2025, 13:31 : Burak Özçivit buna görə 1 milyon istəyib?
Şou-Biznes / Xəbərlər
- 21-02-2025, 20:02 : Şaxtalı hava nə vaxta kimi davam edəcək?
Xəbərlər / Ölkə