BolgeXeber.Com » Bölgə » «UNİBank»ın müştərisi bankın frıldağının üstünü açdı

«UNİBank»ın müştərisi bankın frıldağının üstünü açdı

22-05-2014, 15:30
Oxunub: 3 801 Tural Əliyev müştərilərə verilən kreditlərin 43 faiz olduğunu sübut etdi

Azərbaycanda fəaliyyət göstərən bir sıra bankların maliyyə fırıldağı, daha doğrusu, faiz fırıldağı ilə məşğul oluduğ sirr deyil. Bu gün isə sosial şəbəkələrdə Tural Əliyev adlı şəxs «UNİBank»la bağlı olduqca maraqlı və bankın fırıldağının üzərini açan məlumatlar yayıb.

Bolgexeber.com Tia.az-a istinadən xəbər verir ki, Tural Əliyev Facebookdakı hesabında bununla bağlı yazıb ki, «Unibank»ın “hər kəsin bankı”, “arzuları reallaşdıran bank” kimi şüarları sadəcə, sözdür. «Bu bankda "müştəri məmnuniyyəti" deyilən heç bir anlayış yoxdur və yaxın gələcəkdə də olacağına birmənalı olaraq inanmıram. Bir neçə il bundan öncə «İdeal parfum» şəbəkəsində müştəriyə qarşı elementar bir uyğunsuzluq olmuşdu. Təsəvvür edin ki, şirkətin direktoru şəxsən müştərinin ünvanına getmiş, onu mağazaya gətirmiş, problemi həll etmiş, müştərini isə hədiyyələrlə dolu yola salmışdı. Ən azından belə şirkətlərdən nümunə götürmək lazımdır».

O qeyd edib ki, bir neçə gün əvvəl «Unibank»a kreditlə bağlı müraciət edib. «Bundan əvvəl 2 dəfə sözügedən bankın müştərisi olmuşam və heç bir gecikmə, heç bir problem olmadan aldığım kreditləri geri qaytarmışam. Hətta birinci dəfə 3000 manatlıq kredit xəttimi cəmi 25 gün istifadə etmişəm. 5000 manatlıq ikinci kreditimi isə 3 il müddətində öədəməli olduğum halda, 15 aya bağlamışam. Nəhayət, üçüncü dəfə 10000 manat götürmək üçün «Unibank»a müraciət etməli oldum. İlk olaraq mənə 5000 manat verə biləcəklərini dedilər. Bir saat bankda boş yerə qaldıqdan sonra axırda bildirdilər ki, 3000 manatdan artıq pul vermək imkanları yoxdur. Bu, mənə qarşı edilmiş hörmətsizlik olduğundan təklif olunan kredit məbləğindən imtina etdim».

Amma Tural Əliyev bütün bunlarla yanaşı, «Unibank»ın faiz fırıldağının da üzərini aça bilib. O bildirib ki, 3-4 ildir sözügedən bankın müştərisi olmasına baxmayaraq, ona verilən kreditlər 29 faizlə verilib. Bundan əlavə isə 7 faiz komissiya tutulub. «Bu isə anunitet olaraq ortalama 43 % edir. 24 ayın sonunda bank müştəridən 982.32 manat faiz və 210 AZN komisiyon haqqı almış olur. Ümumilikdə, cəmi əlbəəl verilmiş 2800 manata təxmini 1200 manat pul qazanmiş olurlar. 43%-lə kredit isə dünyanın nəinki heç bir sivill, hətta qeyri-sivil ölkələrində də yoxdur».

«Unibank»ın bu ittihamlara hansı cavab verəcəyi də çox maraqlıdır. Bankın da məsələyə münasibətini dərc etməyə hazırıq.