BolgeXeber.Com » Bölgə » 6 rayonun icra başçısı vəzifəsi ilə vidalaşacaq

6 rayonun icra başçısı vəzifəsi ilə vidalaşacaq

23-05-2014, 15:00
Oxunub: 5 115 Bolgexeber.com-a etibarlı mənbələrdən daxil olan məlumata görə 6 rayonun icra başçıları tutduqları vəzifədən uzaqlaşdırılacaq.

Belə ki,Ağsu,Göyçay,Balakən Ağcabədi,Masalllı,Astara kimi rayonların icra başçılarının tezliklə vəzifədən gedəcəkləri ilə bağlı müxtəlif söz-söhbətlər yaranıb.

Həmin icra başçılarının işdən çıxarılma meyarları onlardan edilən şikayətlərin səviyyəsi və rəhbəri olduqları rayonda tələb olunan işləri vaxtında görə bilməmələridir.

Prezident İlham Əliyevin 15 Aprel 2012-ci il sərəncamına əsasən bir vaxtlar Masallı rayonunda icra başçısı vəzifəsində çalışan və “zalim başçı”kimi tanınan Qəzənfər Arif oğlu Ağayev Astara rayonuna icra başçısı təyin edilmişdir.Ancaq saysız,hesabsız özbaşınalıqlar,rayon rəhbərinin kiçik sahibkarlıqla məşğul olan insanların incidilməsi və rayonda olan məmurların korrupsiyaya qurşanması sakinlər arasında haqlı narazılıq yaradıb.Əhali Ağayevin istefasını tələb etdiyi üçün onun tezliklə tutduğu vəzifədən uzaqlaşdırılmaq ehtimalı artır.

İşdən çıxarılacağı ilə bağlı xəbərdarlıq edilən şəxslərdən biri də Ağsu Rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdir. Son zamanlar Ağsuda vətəndaşların haqlı narazılığı səngimək bilmir. Dəfələrlə sakinlər rayonda bu özbaşınalıqlarla bağlı aksiyalar keçirməyə cəhd göstəriblər. Haqlı narazılıq deyərkən Ənvər Seyidəliyevin rayonda acdığı eyş-işrət məclislərindən tutmuş, daş karxanası ilə bağlı olan məsələlərdən hər kəsin xəbəri var. Məlumat üçün bildirək ki,Ənvər Seyidəliyev Səlim Müslümovun dayısıdır.

Digəri isə Masallı rayonunun icra başçısı sayılan Rafil İsrafil oğlu Hüseynovdur. Haqqında ən çox şikayət edilən icra başçısı olan sözügedən şəxsin, həmçinin digər işdənkənar işləri barədə də məlumat toplanılıb. Masallı rayon sakinlərinin məmur özbaşınalığından, vəzifəli şəxslərin rüşvət tələbindən cana doyması,buna görə də dəfələrlə şikayət ərizəsi yazılması və rayonda xeyli sayda problemlərin illərdən bəri yığılıb qalmasından bezən yuxarı dairələr,dəfələrlə Hüseynova xəbərdarlıq etsələr də nəticəsiz qalıb.

Göyçay rayon icra başçısı Mənsur Məmmədovun özbaşınalıqlarını isə bilməyən qalmayıb. Belə ki,yerli sakinlərin incidilməsi,işsizliyin yüksək həddə çatması,sahibkarlardan mütəmadi olaraq pul yığılması, büdcə vəsaitlərinin daha çox mənimsəməyə məruz qalmasına görə, hədəfə gələn Məmmədova edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün artıq bu dəfə vəzifəsindən uzaqlaşdırılacaq.

Siyahida öz yerini alan icra başçılarından biri də Balakən rayon icra başçısı İslam Rzayevdir.Bu şəxs daha çox korrupsaner olması ilə məşhurdur.Rayon əhalisi artıq bu şəxsin elədiyi əməllərdən boğaza yığıldığını dəfələrlə qeyd ediblər.İslam Rzayevin əsas gəlir mənbələrindən biri də rayonda müxtəlif təmir bərpa işlərinin aparılması üçün elan edilən tenderlərdir. Belə ki,tenderlər üçün ayrılan məbləğin demək olar ki,yarısı təyinat üzrə xərclənmir.Qalan hissəsi isə adı çəkilən şəxs və adamları tərəfindən mənimsənilir.

Bu “qara siyahi”-ya Ağcabədi rayon icra başçısı Şahin Məmmədov da daxildir.Rayonda daha çox “Metallom Şahin”kimi tanınan bu şəxsin dəmir, çuqun, alüminium satışı ilə məşqul olduğu bildirilir.Adi çəkilən bu şəxsin öz vəzifəsini unudub, “nə yoğurdum,nə yapdım,hazırca kökə tapdım”prinsipi ilə yaşayaraq,yalnız öz cibini düşünməsi və onun haqqında şikayətlərin çoxalması nəticəsində Şahin Məmmədov da bu siyahiya daxil edilib.

BOLGEXEBER.COM