BolgeXeber.Com » Bölgə » Beyləqan Dövlət Xəstəxanasında "özəl"qiymətlər

Beyləqan Dövlət Xəstəxanasında "özəl"qiymətlər

24-05-2014, 12:50
Oxunub: 3 816 Beyləqan rayon xəstəxanasında xəstələri əməliyyat etməyə o həkimlərə icazə verilir ki, onlar baş həkimə yaxınlığı ilə seçilirlər

Tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq, ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürəkaçan deyil. Hətta son illərdə inşa olunaraq istifadəyə verilmiş ən müasir tələblərə cavab verən çoxsaylı klinika və tibb mərkəzləri belə, bu sahədə ümumi mənzərəni hələ ki, dəyişə bilmir.

Problem isə, bəzi tibb müəssisələrinə rəhbərliyin hələ də səriştəsiz, məsuliyyətsiz insanlara həvalə olunmasındadır. Xüsusən də son vaxtlar dövlətin balansında olan bir çox xəstəxanalarda əhaliyə göstərilən tibbi xidmətlərin aşağı səviyyəsindən və burada baş alıb gedən özbaşınalıqdan, müxtəlif instansiyalara daxil olan şikayətlərin sayı durmadan artır.

Fəaliyyətində ciddi nöqsanlara və qüsurlara yol verilən dövlət xəstəxanalarımızdan biri də, bəlkə də birincisi Beyləqan rayon xəstəxanasıdır ki, burada əhaliyə göstərilən tibbi xidmətlərin qiyməti daha yüksəkdir. Bundan irəli gələrək müxtəlif xəbər agentliklərində adı çəkilən tibb müəssisəsinin fəaliyyəti tənqid edilir. Hərçənd ki, baş həkim Əli Məmmədovun idarəçilik fəaliyyəti, eləcə də xəstəxanada göstərlilən tibbi xidmətlərin aşağı olamsı belə sərt tənqid edilsə də baş həkim bu yazılanlardan bir nəticə çıxarmır.

Baş həkim olduğu xəstəxananı korrupsiyalaşdırmaqla məşğul olan, Əli Məmmədova Oqtay Şirəliyevin yerli mətbuata verdiyi açıqlamalardan bir hissəni xatırlatmaq istəyirik: Nazir dəfələrlə öz çıxışlarında bildirir ki, ölkədə fəaliyyət göstərən istər dövlət xəstəxanası, istərsə də özəl tibbi müəssisəsi arasında ciddi fərq yoxdur və hər iki müəssisə insanların sağlamlığına, onların keyfiyyətli və lazımı tibbi yardım almalarına xidmət etməlidir.

Nazir 2008-ci ilin fevralından Azərbaycanda dövlət xəstəxanalarında pulsuz tibbi müalicə və müayinəyə keçildiyini də dəfələrlə öz açıqlamalarında bildirmişdir. Amma hər kəsə bəllidir ki, nazirin bu sözləri reallıqla o qədərdə uyğun gəlmir. Xüsusi ilə də Beyləqanda. Dəfələrlə mətbuatda dövlət xəstəxanalarındakı rüşvətdən yazılsa da, bunun müsbət nəticəsi olmayıb. Əksinə, nazir Oqtay Şirəliyev şəhiyyədə rüşvət barədə yazılanları «gülməli» adlandırıb. Bu dəfə bunun gülməli, ya ağlamalı olduğunu araşdırmaq üçün Beyləqan xəstəxanasından xəstəxanasından bəzi faktlara diqqət yetirək. İstəmədən ayaqları Beyləqan xəstəxanasın düşən sakinlər bildirirlər ki, buranın dövlət xəstəxanası olmasına baxmayaraq pulu olmayan xəstəni nəinki müalicə, heç müayinə də etmirlər.

Kimsə qanunu əsas gətirib həkimin «tələbini» yerinə etirməkdən imtina edərsə, aylarla baxımsız ahalda xəstəxananın bir küncündə yatmalı olar. Başqa bir problem isə qiymətlərin ildən -ilə artmasıdır. Xəstələr cumhuriyyet.az bildirirlər ki, onların daha böyük xərcləri analizlərin verilməsi, həmçinin müxtəlif aparatlar vasitəsi ilə müayinə zamanı çıxır. Çünki bu məsələdə dövlət xəstəxanaları ilə özəl müəssisələr arasında heç bir fərq yoxdur. Əksinə, özəl klinikalarda vəsaitin bir qismi dövlət büdcəsinə getdiyi halda, dövlət xəstəxanalarında xərclənən bütün pullar şəxsi ciblərə gedir. Daxil olan məlumatlarda o da vurğulanır ki, Beyləqan rayon xəstəxanasında xəstələri əməliyyat etməyə o həkimlərə icazə verilir ki, onlar baş həkimə yaxınlığı ilə seçilirlər. Bu isə əməliyyatdan gələn pulun baş həkimlə bölüşdürülməsinə hesablanır.

P.S. Baş həkimin soyğunculuqla əldə etdiyi pullardan icra başçısına pay verdiyi də bildirilir. İcra başçısı da bunun müqabilində baş həkimin korruosiya hüquqpozmalarına göz yumur.


BOLGEXEBER.COM