BolgeXeber.Com » Bölgə » İki keçmiş icra başçısı Ağdamı necə talan ediblər?

İki keçmiş icra başçısı Ağdamı necə talan ediblər?

26-05-2014, 09:20
Oxunub: 3 099 Məh bu cütlük bir neçə tenderdən külli-miqdarda qazanc əldə ediblər

Ağdam rayonunun sabiq icra başçıları Həsən Sarıyev və Nizami Sadıqovun zamanında icra hakimiyyətləri ilə ortaq olaraq tikinti, təmir maxinasiyalarının bir başa iştirakçısı, əslən Kəlbəçər rayonundan olan, hazırda Bərdə rayonunda məskunlaşmış Qalib Həsənovun başı ağır dərdə düçar ola bilər. Belə ki, Ağdam rayon İcra hakimiyyətinin yeni başçısı Raqub Məmmədov təmir-tikinti işlərini artıq Qalib Həsənova verməkdən imtina edib.Günxəbər.com-a daxil olan məlumata görə, Bunun əsas səbəblərindən biri isə Qalib Hüseynovun Quzanlı icra nümayəndəsi Zabil Mehdiyevlə əlbir olaraq abadlaşdırma, təmir və tikinti işlərində külli-miqdarada maxinasiyalar həyata keçirərək dövlət vəsaitini mənimsəmələridir. İnformasiya mənbəmiz idda edir ki, Qalib Həsənovun həyata kçeirdiyi tikini işlərindən əsas qazanan şəxslərdən biri keçmiş icra başçısı Nizami Sadıqov olub. Məlumat mənbəmiz bildirir ki, Qalib hüseynov təkcə Ağdam rayonunda yox, ətraf rayonlarda da tikinti, abadlıq işlərində əsas iştirakçılardan biridir. Məhz külli-miqdarda vəsaitlərin ayrıldığı abadlıq işlərində tenderlərin qalibi Qalib Hüseynovun şirkətlərinin elan olunması onun arxasında güclü bir himayəçinin olmasından xəbər verir. İnformasiya mənbəmiz qeyd edir ki, Qalib Həsənovun şirkətləri həyata keçirdikləri abadlıq, təmir-tikinti və sair işlərdə hər dəfə külli-miqdarda dövlət büdcəsini mənimsəməklə yaddaşlarada qalıb. Buna misal olaraq Bərdə şəhəri Məhsəti küçəsi, 4 saylı evdə qeydiyyatda olan “Murovdağ-2012” Məhdud Məsuliyyətli Cəmiyyətin Ağdam rayonunda görüdüyü iləri göstərmək olar. Qeyd edək ki, “Murovdağ-2012” MMC rəsmən Sərxan Abbasova məxsus olsa da, etibarnamə ilə Qalib Həsənova verilib. Bundan başşqa “Təmir Tikinti Quraşdırma Təchizat” MMC və “Şərhud İnşaat” MMC və Sərvan Məhərrəmovun adına olan “Tikinti-2011” MMC-nin də əslində Qalib Həsənova məxsus olduğu bildirilir.

Mənbə “Şərud İnşaat” MMC Qalib Həsənovun oğlu Sərhud Həsənlinin adına olduğunuda bildirir. İnformasiya mənbəmiz qeyd edir ki, 2012 ci ildə Qalib Həsənovun şirkətləri 800 min manatdan çox, 2013-cü ildə isə 1,5 milyon manata yaxın dəyəri işlər görüblər. Üst-üstə bu şirkətlər 20-yə yaxın tenderin qalibi olublar. Mənbəmiz idda edir ki, iş adamının əsas ortaqlarından biri isə Ağdam icra başçısının Quzanlı şəhər icra nümayəndəsi Zabil Mehdiyev olub. Məh bu cütlük bir neçə tenderdən külli-miqdarda qazanc əldə ediblər. Həmin qazancın 30 faizi keçmiş icra başçısı Nizami Sadıqova çatıb.

Qeyd edək ki, redaksiyamıza Qalib Həsənova məxsus “Murovdağ-2012” MMC, “Təmir Tikinti Quraşdırma Təchizat” MMC və “tikinti-2011” MMC-lərin Ağdam rayonunda həyata keçirdiyi tikinti, abadlıq mxinasiyaları ilə bağlı göndərilən ilginc faktları araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.