Salyan İcra Hakimiyyətində saxta məktub qalmaqalı
26-05-2014, 11:45
Oxunub: 4 654
Aqrar şöbənin müdiri Sabir Rəhmanovun Fərid Sehranovu «Aqrolizinq»in yerli filialına direktor gətirmək üçün icra başçısının adından saxta məktub hazırladığı deyilir
İşdən çıxarılmış Fərid Sehranov icra başçısının müavini ilə birlikdə həmin postu ələ keçirməyə hazırlaşır
Ötən il Salyan rayonunda taxıl biçini zamanı meydana çıxmış biabırçı vəziyyətdən sonra bu işə məsul olan «Aqorolizinq» ASC-nin rayon filialının direktoru Fərid Sehranov tutduğu vəzifəsindən azad edildi. Həmin müddətdən bəri direktor postu boş qalıb və onun uğrunda mübarizə başlayıb.
Əldə etdiyimiz məlumata görə, Fərid Sehranov işdən çıxarıldıqdan sonra filialda bəzi yoxlamalar aparılsa da, çox da dərinə gedilməyib. Hətta işin içində ciddi cinayət tərkibi olan faktlar da aşkarlanıb.
Jam.az-ın verdiyi məlumata görə, həmin dönəmlərdə həyata keçirilən yoxlamalardan sonra belə məlum olub ki, «Aqroliziq»in Salyan filialında sənədlərdə yeni texnikalardan bəhs olunsa da, ortada yalnız sınıq-salxaq, işləməyən texnikadan başqa bir şey yoxdur. Elə buna görə də, yenidən komplektləşdirmə prosesinə başlanılıb və taxıl biçini üçün artıq 12 kombayının hazır edildiyi deyilir.
Amma bu vəzifə uğrunda savaş dinmək bilmir. Fərid Sehranov «Aqrolizinq» ASC-nin direktoru Əli Bayramovun işdən çıxmasından sonra əvvəlki yerinə qayıtmaq üçün hərəkətə keçib. Gələn xəbərlərdə deyilir ki, Sehranov hətta vəd edib ki, əgər kimsə onu Salyan filialına rəhbər gətirsə, ona 40 min manatlıq maşın bağışlayacaq.
İşin bir başqa tərəfi də var. O da Fərid Sehranovun əvvəlki postuna qayıtmasında maraqlı adamların varlığıdır. Məlumatlara görə, belə şəxslərdən biri də Salyan rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə şöbə müdiri Sabir Rəhmanovdur. Mənbə iddia edir ki, bu səbəbsiz deyil.
Həmin məlumatlara görə, Sabir Rəhmanov bu işdə o qədər maraqlıdır ki, hətta cəsarət edib icra başçısının adından saxta razılıq məktubu da hazırlayıb. Mənbənin bildirdiyinə görə, o, ötən həftə Tahir Kərimovun adından saxta razılıq məktubu hazır edərək, onu Fərid Sehranova verib ki, “Aqrolizinq” ASC-yə göndərib. Ki, işini düzüb-qoşa bilsin. Amma idarədə bu variant alınmayıb. Əksinə, ona xəbərdarlıq ediblər ki, boş yerə əziyyət çəkməsin. Ona görə ki, haqqında yoxlamalara və araşdırmalara start verilib.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər