BolgeXeber.Com » Bölgə » Sumqayıtda “Qurd dərəsi” massivində ölüm saçan elektrik xəttləri-Şikayət
Sumqayıtda “Qurd dərəsi” massivində ölüm saçan elektrik xəttləri-Şikayət
26-05-2014, 15:30
Oxunub: 5 314
Hazırda 300-dən yuxarı həyət, bağ evləri bu xətlərin altındadır
Bolgexeber.com-un redaksiyasına Sumqayıt şəhər Novxanı bağlarındakı “Qurd dərəsi” massivinin sakini olan Qarabağ müharibəsi əlilindən şikayət məktubu gəlib. Tofiq Cəfərov məktubda ərazidəki bağların, binaların üzərindən keçən yüksək gərginlikli elektrik xəttlərinin çox təhlükəli olmasından şikayət edir. Tofiq Cəfərov deyir ki, Sumqayıt şəhər Novxanı bağları, “Qurd dərəsi” massivində yerləşən evlərin çoxuna sənəd almaq mümkün deyil. Bu da bağların, binaların üzərindən çox təhlükəli, hər an qırılma ehtimalı olan yüksək gərginlikli elektrik xəttinin keçməsilə izah olunur: “Bu xəttin istifadə müddəti neçə illərdir bitib, amma hələ də işləyir. Bu işlə məşğul olan qurumlara dəfələrlə müraciət etmişik. Bizə söyləyiblər ki, bu xətlər yığışdırılacaq, ya başqa yerlərə köçürüləcək, ya da yerin altıyla keçəcək və onda sənəd veriləcək. Sonuncu müraciətimizin üstündən 5-6-il keçməsinə baxmayaraq, hələ də bir iş görülmür.
Hazırda 300-dən yuxarı həyət, bağ evləri bu xətlərin altındadır. Sizdən çox xahiş edirik, bu xətlərin yığışdırılmasına və bizim sənəd almağımıza kömək edəsiniz. Eşitdiyimizə görə, tapşırıqlar verilib, amma icra olunmur. Çox xahiş edirik, ümidimiz sizədir, neçə illər işləyib olmazın əziyyətlərlə, dişimizlə-dırnağımızla bağ düzəldib ev tikmişik. Amma bu evlərə sənəd ala bilmirik.
Mən özüm Qarabağ müharibəsi əliliyəm. Bütün sağlamlığımı döyüşlərdə itirmişəm. Amma bu gün başımın üstündəki damımı sənədləşdirə bilmirəm".
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Bolgexeber.com






Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər