BolgeXeber.Com » Bölgə » Bərdədə Vidadi Bəylərov kabusu

Bərdədə Vidadi Bəylərov kabusu

27-05-2014, 08:45
Oxunub: 4 896 Sərancamla isdən azad edilən “ Bakuş” ləqəbli Vidadi Bəylərov Bərdədə yüksək vəzifəyə gətirilib

Bolgexeber.com-un elektron poçtuna Tərtər rayon İcra Hakimiyyəti başçısının keçmiş birinci müavini Vidadi Bəylərov haqqında ilginc məlumatı özündə əks etdirən məktub daxil olmuşdur. Həmin məktubu olduğu kimi təqdim edirik:
“2013 -cü ilin mart ayının 17- də, saat 20:40-da Tərtər rayonunun Buruc kənd ərazisində dəhsətli yol qəzası baş vermiş, rayon sakini Ramil Azər oğlu Quliyevin idarə etdiyi " Hunday Azera" markalı Az 50 -CG -068 nömrə nişanlı avtomaşın aşıb və nəticədə sürücü xəsarət alaraq dünyasını dəyisib. Bu qəzanı törədən isə Tərtər rayon İcra hakimiyyəti başçısının birinci müavini işləyən" Bakuş" ləqəbli Vidadi Bəylərovun oğlu Elxan Bəylərli olmuşdur,ki,hansı həmin zaman “avtoşluq” etmişdir. Qəzanın baş verməsi haqqında məlumat Daxili islər nazirliyi tərəfindən qeydə alınmışdır. Bundan sonra Vidadi Bəylərov oğlunun cinayətdən uzaqlşdırılıması üçün bəhanələr gətirərək oğlunun günühı olmadığını sübut etməyə çalışsa da buna heç kimi inandırmaq mümkün olmamışdır.

Çünki Vidadi Bəylərovun oğlu Elxanın Tərtər rayonunda bahalı maşın sürməsini və avtoşluq etdiyini butun tərtərlilər bilirlər.Vidadi Bəylərov oğlunu cinayətdən "xilas" etsə də özü xilas ola bilməmisdir. Belə ki, ölkəmizdə qanunların aliliyi olduğu üçün Vidadi Bəylərov Tərtər rayon İcra hakimiyyətinin birinci müvini vəzifəsindən azad edilmişdir. Bu hadisə Tərtər rayon əhalisi tərəfindən cox boyuk ruh yuksəkliyi ilə qarşılanmış və haqq -ədalətin zəfər çalmasını sübüt etmişdir.Tərtər rayon əhalisi onsuz da Vidadi Bəylərovun qanunsuz əməllərindən cana doymuşlar və onun əməlləri barədə dafələrlə rəsmi orqanlara rəsmi müraciət etmişlər.

İndi çox maraqlı hadisələr baş verməkdədi beləki,qanunsuz əməllərinə görə isdən azad edilən Vidadi Bəylərov may ayının əvvəlindən Bərdə səhəri ərazisində, bu yaxınlarda istifadəyə verilməsi nəzərdə tutllmus ulu ondərimiz Heydər Əliyevin xatirəsinə inşa edilmis Xiyabana rəhbər təyin edilib və hər gün Tərtərdən gələrək xiyaban-parkda guya islərə nəzarət edir. Məlumat ucun bildiririk ki, Vidadi Bəylərovun kiçik qardaşı Zaur Bəylərov Bərdə İcra hakimiyyəti başçısının qeyri -rəsmi "köməkçisidir" və bu Zaur ruşvətxorluğu və həyasızlığı ilə Bərdə əhalisinin cox böyuk nifrətini qazanmışdır.Bu Zaur ona pul verməyənin salamın almır. Qəbula gələn insanlar Zauru "görməsələr" qəbula duşə bilmirlər.

Zaur Bəylərovun çirkin əməlləri barədə dəfələrlə rəsmi orqanlara rəsmi müraciət edilsə də hələlik nəticəsi olmayıb. Rəsmi sərənncamla tutduğu vəzifəsindən azad edilmiş Vidadi Bəylərovu nə haqla Bərdədə vəzifəyə təyin ediblər çox maraqlıdır. Məgər Zaurun Bərdədə cirkin əməlləri bəs etmir ki, üstəlik , qardaşı Vidadi Bəylərov, Zaurun qaynatası İcra hakimiyyətində komendant, qaynanası aşbaz, qardaşı oğlunun da adları Bərdənin idarələrində işə yazılmalıdır. Bu “şouya” nə vaxt dur deyiləcək?! Ancaq bir atalar məsəli var, qoy Bəylərovlar eşitsin

"O adam gülür ki, axırda gülə " Bərdə rayon İcra hakimiyyətinin çox vicdanlı və qeyrətli kollektivi butun bu baş verənlərdən təəssuf hissi kecirirlər və inanırlar ki, bir gün belə adamların adı Bərdədə olmayacaq.
Bərdə İmam torpağıdı,haramlığı heç vaxt qəbul etməyib”.
Qarşı tərəfin də mövqeyni dinləməyə hazırıq.
Bolgexeber.com