BolgeXeber.Com » Bölgə » Beyləqanın icra başçısı müharibə əlilini aldadıb-İddia

Beyləqanın icra başçısı müharibə əlilini aldadıb-İddia

28-05-2014, 10:30
Oxunub: 3 117 "O, dedi ki, sən məktubları dayandırsan torpaq sahən əlindən alınmayacaq"

Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevlə bağlı redaksiyamıza daha bir şikyət daxl olub. Bu dəfə yerli icra hakimiyyətinin başçısı müharibə əlilini arxayın salalraq torpağının əlindən çıxmasına şərait yaradıb.
Redaksiyamıza müraciət edən, Beyləqan rayon sakini, müharibə əlili Savalanov İsmayıl Nadir oğlu Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin yalan vədinin qurbanı olub. Belə ki, Sahibkar tərəfindən zorakılığa məruz qalan müharibə əlilinə daha bir zərbə icra başçısından gəlib. Torpaq sahəsinin əlindən alınması ilə bağlı rəsmi qrumlara şikayət edən İ.Savalanova icra başçılsı məktubları dayandırmağ xahiş edib. Qarşılığında isə onun torpaq səhəsinin (dükanının) əlindən alınmayacağı vədini verib. Təəssüflər olsun ki, icra başısı müharibə əlilini aldadaraq bilavasitə torpaq sahəsinin əlindən çıxmasına şərait yarardıb.
İsmayıl Savalanov – Vaqif Abdullayev məni qəbul etdi. O, dedi ki, sən məktubları dayandırsan torpaq sahən əlindən alınmayacaq. Amma icra başçısı məni aldatdı. Artıq torpaq sahəmi sahibkar əlimdən alıb. Ailəmin sosial vəziyyəti çox ağırdı. İndi qalmışam əlacsız. Siz bu məlumatı ışıqlandırın ki, camaat bu adamları tanısın”
Gunxeber.com-un apardığı araşdırma zamanı bəlli oldu ki, müharibə əlilinin torpaq sahəsinə icra başçısı Vaqif Abdullayev əl bulayıb. Məlumata görə, icra başçısı Beyləqan rayon sakini Tofiqə Quliyevanın əli ilə torpaq sahəsini sahblərinin əlindən çıxarmaq və gələcəkdə həmin ərazilərə sahib olmaq istəyir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.