BolgeXeber.Com » Bölgə » 35 saylı TSEK sədrinin sirrinin üstü necə açıldı?-FOTOLAR

35 saylı TSEK sədrinin sirrinin üstü necə açıldı?-FOTOLAR

29-05-2014, 10:20
Oxunub: 2 910 TSEK-dən sənəd almaq, iş düzəltmək yalnız pula bağlı məsələdir

Fizuli Bağırovun ATƏT nümayəndələri ilə seçki ərəfəsində Salayanda gördüyü işlərin qısa xronikası

Səlim Müslümov Əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunandan sonra bəyan etdi ki, daha əvvəlki qaydalarla işləməyəcəklər və bir xeyli yeniliklər olacaq. JAM.AZ xəbər verir ki, 35 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədrliyinə Fizuli Bağırovun gətirilməsindən sonra hər şey aydın oldu. Çünki ilk təəccüb edən Salyan camaatı oldu.

Səbəbi çox sadədir. Çünki Fizuli Bağırov nəinki rayonda, bölgədə hamı tərəfindən qatı anti-hakimiyyətçi olaraq tanınmaqla yanaşı, həm də bu işlərə maddi dəstək verən biri kimi qəbul edilir. Onun son prezident seçkilərində canfəşanlıqla ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri ilə görüşləri və təşviqat tədbirlərinə qatılmasını bilməyən yox idi. Ona görə ki, hər şey açıq həyata keçirilirdi.



Maraqlı hadisələrdən biri seçki ərəfəsində seçki ərəfəsində Cənubda hazırlanan plana əsasən İrandan dəniz yolu ilə ölkəyə gətirilmiş və bütün ölkəyə paylanılması nəzərdə tutulan videokameraların mənzil başına çatmamasıdır. Neftçaladan Salyana gətirilərkən sifarişçilərin əvəzinə, naməlum şəxslərin avadanlıqları alması həmin vaxt qalmaqala səbəb olsa da, seçki dövrü olduğundan üstü ört-basdır edilmişdi.

Məlumatlarda iddia edilir ki, sözügedən videokameraların alınmasına ən böyük maliyyə dəstəyini elə bu gün 35 saylı TSKV-in sədri Fizuli Bağırov verib. Məlumata görə, həmin cihazlardan biri məhz Bağırovun təşəbbüsü və yardımı ilə hakimiyyətin Salyanda keçirdiyi tədbirdə sınaqdan keçirilib. Biabırçı audio və videolar hazırlansa da, sonradan bəziləri buna qarşı çıxaraq, yayımlanmasına imkan verməyiblər.

Qeyd edək ki, vaxtıyla keçmiş TSEK sədri Əliyar Məmmədovun əleyhinə şikayətlər təşkil edən Bağırov onu korrupsiyada, rüşvətdə ittiham edirdi. Bu gün isə rəhbəri olduğu qurumda vəziyyət eyni özünün dediyi şəkildədir. Çünki TSEK-dən sənəd almaq, iş düzəltmək yalnız pula bağlı məsələdir.


Eyni zamanda, onun vəzifə başına gəlməsindən sonra köhnə dostları ilə əlaqələri də yerində qalıb.Davamlı olmasa da, görüşən tərəflərin Fizuli Bağırovdan umacaqları var. Onun vəzifə başına keçməsindən sonra bəzi istəklərin reallaşmasına çalışırlar ki, bundan da müvafiq qurumların xəbərdar olduğu deyilir. İddia olunur ki, 35 saylı TSEK-in sədrinə şans verilib ki, bu əlaqələri kəssin. Amma kəsə biləcəkmi?

Xatırladaq ki, Səlim Müslümov bu gün Salyanda əhali ilə görüşür. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.