BolgeXeber.Com » Bölgə » Tərtərdə11- ci sinif şagirdlərinin valideynlərindən 200 manat pul tələb edirlər

Tərtərdə11- ci sinif şagirdlərinin valideynlərindən 200 manat pul tələb edirlər

29-05-2014, 15:10
Oxunub: 2 772 Direktorlar rüşvət verməkdən boyun qaçıran müəllimlərin dərs saatlarını da azalıdrlar

Bir müddət bundan öncə Tərtər Rayon Təhsil Şöbəsinin müdiri Aydın Qarayevin adıçəkilən rayon təhsilini hansı duruma salması haqda məlumat vermişdik. Tərdən aldığımız son məluamtalara görə, A.Qarayev öz korrupsiya və rüşvətxorluq əməllərini hələ də davam etdirir. Məlumatlara görə, A. Qarayev orta məktəb direktorlarını aylıq “hesaba oturtmaq”la Tərtər rayon təhsilini acınacaqlı bir duruma salıb. Təhsilin keyfiyyəti, şagirdlərin dərsə davamiyyəti A. Qarayevi qətiyyən maraqlandırmır. İddialara görə, onun maraq dairəsi məktəb direktorlarını aylıq hesaba oturtmaqdan və bir də dövlət büdcəsindən orta məktəblərin təmir-tikintisi üçün ayrılan vəsaiti mənimsəməkdən o tərəfə keçmir. Belə ki, hər il dövlət büdcəsindən təhsil ocaqlarının təmiri üçün ayrılan vəsaiti təhsil şefi mənimsəyir. Məktəblərin təmirini isə məktəb direktorlarının üstünə atır. Belə olan halda isə direktorların məktəblərin təmiri üçün müəllimlərdən pul yığmaqdan başqa çarəsi qalmır. Bütün bunlar azmış kimi rayonda olduğumuz müddətdə müəllimlər bildirdilər ki, hər ay aldıqları maaşın bir hissəsini direktor tutub əllərindən alır: “Hər ay aldığımız maaşın bir hissəsini direktora verməyə məcburuq. Əks halda bizi məktəbdən xaric edəcəyi ilə hədələyir. Direktor bizə deyir ki, mənə verdiyiniz pul rayon təhsil şöbəsinin müdiri Aydın Qarayevə çatır. Rüşvət verməkdən imtina edən müəllimlər isə təzyiqlərə, təpkilərə məruz qalırlar ”. Bütün bunlarla yanaşı direktorlar rüşvət verməkdən boyun qaçıran müəllimlərin dərs saatlarını da azalıdrlar. Müəllimlərin sözlərinə görə, dəfələrlə bu cür hallara etiraz etsələr də, heç bir nəticə olmayıb. “ Direktor mən kiməm ki? Mən də aldığım pulu yuxarılara verirəm”, deyə yaxasını kənara çəkir. Göründüyü kimi Tərtər təhsilində vəziyyət olduqca acınacaqlıdır. Müəllimlər hər ay aldıqları maaşın bir hissəsini direktorlara, direktorlar isə öz növbələrində hər ay cənab Qarayevə hesab verirlər.

Rayon mərkəzindəki orta məktəblərlə yanaşı analoji hal Tərtərin Hüsənli, Seydimli, Köçərli, Poladlı, Qarağacı və digər kəndlərində də hökm sürür. Azadqaraqoyunlu kənd orta məktəbi isə təhsil ocağından daha çox fermanı xatırladır. Belə ki, sovet hakimiyyəti dövründə istifadəyə verilən adıçəkilən kənd orta məktəbi hazırda öz istismar dövrünü başa vurduğu üçün yararsız və qəzalı vəziyyətdədir. Məktəb binasının dam örtüyü tamamilə dağılıb sıradan çıxıb. Belə bir təhsil müəssisəsində isə nəinki normal təhsil almaq, heç ümumiyyətlə təhsil almaq mümkün deyil. Ancaq heç nə olmamış kimi hər şeyi görməzdən gələn cənab Qarayevin “qəhrəmanlıqları” bununla bitmir. Belə ki, orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsi və yekun attestatla bağlı da təhsil şefi konkret qiymətlər qoyub. Bu il 11- ci sinfi bitirən hər şagirddən attestat veriməsi üçün 200 manat tələb olunur. Direktorlar qapı-qapı düşərək 11- ci sinif şagirdlərinin valideynlərindən 200 manat pul tələb edirlər. Əks halda isə onları attestat verməyəcəkləri ilə hədələyirlər. Övladlarının ali təhsil alması arzusunda olan valideynlər isə təbii ki, göstərilən məbləği vermək zorundadır. Qeyd edək ki, artıq uzun illərdir ki, Tərtər rayon orta məktəblərinin məzunları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi imtahanlarda uğur qazana bilmirlər. Orta məktəbi bitirən şagirdlərin az bir hissəsi tələbə adını ala bilirlər ki, onlar da mütləq şəkildə xüsusi repetitor yanında hazırlaşan şagirdlərdir. Rayonun təhsil şöbəsində baş verən özbaşınalıqlardan ciddi narahat olan Tərtər ziyalıları isə yeni təhsil naziri Mikayıl Cabbarovun qəti addımlar atacağını səbirsizliklə gözləyirlər. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı. Dəfələrlə RTŞ zəng etsək də, dəstəyi qaldıran olmadı. Qarşı tərəfin mövqeyini də öyrənməyə çalışmaqla mövzuya bir daha qayıdacağıq.gunxeber.com