Qusarda sel fəlakəti ciddi fəsadlar törədib
30-05-2014, 11:15
Oxunub: 2 890
Rayonda kəndarası yolları sel yudu
Şiddətli leysan yağışları rayonun Yuxarı Meyar, Suray, Düz Sahil kəndlərində müşahidə olunub. Nəticədə həmin ərazilərdə olan kəndarası yolları sel yuyub.
Dəyən ziyanın aradan qaldırılması üçün müvafiq texnikalar həmin ərazilərə cəlb olunub. Düz Sahil və Xura kəndlərindəki 10-a yaxın evin zirzəmisinə də su dolub.
Qeyd edək ki, ötən gecə Quba rayonuna da yağan leysan yağışları fəsadlar yaradıb. Rayonun Tüləkəran ərazi nümayəndəliyinə yağan intensiv yağışlar əhaliyə ciddi ziyan vurub.
Rayon Fövqəladə Hallar Komissiyasından bildiriblər ki, Tülər kəndində sakinlərə məxsus bir neçə heyvanı sel aparıb. Onlarla evin həyət-bacası su altında qalıb.
Həmçinin kənd yolunun üstündəki körpü də üçüb. Möhüc kəndinə gedən körpü də uçmaq təhlükəsi ilə üzləşib.
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 20-04-2024, 15:57 : Cavanşir Məmmədovla vida mərasimi keçirilir
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 18-04-2024, 15:16 : "Ulu Öndər Heydər Əliyev və Azərbaycan təbiəti" adlı tədbir keçirilib
Bölgə / Xəbərlər