BolgeXeber.Com » Bölgə » Ana Vətən Partiyası Şəki uşaq evində olub

Ana Vətən Partiyası Şəki uşaq evində olub

2-06-2014, 12:05
Oxunub: 3 296 Bolgexeber.com bildirir ki,1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Ana Vətən Partiyası Şəki uşaq evini ziyarət etmişdir.

Tədbirdə iştirak edən Ana Vətən Partiyası Gənclər təşkilatının fəalları uşaqları 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik edərək, onlara hədiyyələr təqdim etmişdirlər.

Tədbirin bədii hissəsində körpələr evinin uşaqlarının çəkdiyi rəsmlərə, əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Fidanların hazırladığı rəqs nömrələri, söylədikləri şer parçaları tədbir iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.