Şəkidə güclü külək fəsadlar törədib
3-06-2014, 09:30
Oxunub: 1 891
Şəkidə gecə saatlarında başlayan güclü külək rayon mərkəzində bir sıra fəsadlar törədib.
Şəhərin mərkəzi hissəsində bir neçə ev işıqsız qalıb. Məmməd Əmin Rəsulzadə prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yerləşən ikimərtəbəli yaşayış binasının üzərinə çinar ağacı aşıb. Qorxudan bina sakinləri uzun müddət küçədə dayanmalı olublar və küləyin səngiməsini gözləyiblər.
Bununla yanaşı külək evlərin dam örtüyünü də qopararaq yollara səpib.
İki saata yaxın davam edən güclü külək Məmməd Əmin Rəsulzadə prospektində yerləşən obyektlərə və Şəki şəhər Təcili Tibii Yardım stansiyasına da ziyan vurub. Ağaclar qırılaraq yollara aşıb.
Şəki polisi də yarana biləcək hər hansı bir təhlükənin qarşısını almaq üçün səhərə kimi küçələrə nəzarət edib.
Bolgexeber.com
Çox Oxunanlar
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 11-05-2024, 17:48 : Bakıda daha bir YENİLİK
Xəbərlər / Ölkə
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-05-2024, 17:31 : Prezident və xanımı Zəngilan məscidinin açılışını edib
Siyasət / Xəbərlər
- 1-05-2024, 17:35 : Ermənistanda yeniyetmə minaya düşdü
Dünya / Xəbərlər
- 27-04-2024, 17:55 : Şeytan çarxı fəaliyyətini dayandırıb?
Xəbərlər / Ölkə
- 30-04-2024, 14:11 : “Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirilib
İdman
- 6-05-2024, 14:39 : Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir
Analitika / Xəbərlər
- 6-05-2024, 15:58 : Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi
Analitika / Xəbərlər
- 26-04-2024, 16:25 : Xocalı lalələrlə bəzənib
Bölgə / Xəbərlər