ŞOK:yeni evlənmiş gənclərdən biri öldü, biri yaralandı
13-11-2011, 14:35
Oxunub: 6 397
Bakı-Şamaxı yolunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Rafiq Həsənov Bolgexeber.com-a bildirib ki, hadisə dünən saat 12:00 radələrində yolun 37.5-ci kilometrliyində, Abşeron rayonu ərazisində qeydə alınıb.
Kəlbəcər sakini 1959-cu il təvəllüdlü Əliyev Dilqəm Əli oğlunun idarə etdiyi “Azəryolservis” ASC-yə məxsus “Tatra markalı yük maşını qarşı tərəfdən gələn İsmayıllı rayon sakini 1985-ci il təvəllüdlü İsayev Samir Etibar oğluna məxsus “VAZ 21104” markalı maşınla toqquşub.
Nəticədə sürücü Samir İsayev dünyasını dəyişib, onun həyat yoldaşı 19 yaşlı Ülkər Bayramova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onların bir ay öncə ailə qurduğu bildirilir.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər