FHN “Kür” Qərargahının qaldırdığı problemlərin həllinə başlayıb
14-11-2011, 02:00
Oxunub: 3 723
Yeni salınmış Telişli qəsəbəsində evlər təmir edilir
Cəmiyyətin üzvlərinin Bolgexeber.com-a verdiyi məlumata görə bir müddət öncə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri yerli sakinlərin iştirakı ilə Telişli kəndində salınmış yeni qəsəbədəki evlərə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, yeni tikilməsinə baxmayaraq (Yeni Telişli qəsəbəsi ötən ilin sonlarında istifadəyə verilib) evlərin bir çoxunda problemlər yaşanır. Monitorinq zamanı bir çox evlərdə evə giriş pilləkənlərində, balkon və döşəmələrdə çatların əmələ gəlməsi, çökməsi, döşəmələrə vurulan taxtaların aralanması, divarların çatlaması və çəkilmiş üzlüklərin qopub tökülməsi, novalçaların olmaması ucbatından yağan yağışların evə daxil olması və s. kimi faktlar qeydə alınıb. Ən acınaqlısı isə odur ki, yağış yağan zaman artıq bəzi evlərın damından su damması qeydə alınıb, bəzi evlərin tavanına vurulan alçıbanlar qopub yerə tökülüb (!?). Sakinlər bildiriblər ki, bütün bunlar görülən işlərin keyfiyyətsiz və başdansovdu aparılmasının nəticəsidir. Qəsəbədə yeni çəkilmiş asfalt yolların da ovulması, bəzi yerlərdə dağılması və s. kimi məqamlar mövcuddur. Digər tərəfdən evlərdə istilik sistemləri olmadığından insanlar ya köhnə kustar usulundan istifadə edib sobalar vasitəsi ilə evi qızdırırlar, ya da ki, elektrik qızdırıcılarından istifadə edirlər ki, bu da onlara xeyli enerji haqqının ödənilməsi hesabına başa gəlir.
Qəsəbədə yaşayan yaşlı sakinlərin şikayəti isə ondan ibarətdir ki, pilləkənlərə (bəzi pilləkənlər 7 daş hündürlüyündədir) əl tutan (qoltuk, məhcər) qoyulmadığından evə düşüb qalxmağa çətinlik çəkirlər.
İmişli rayonunun Telişli kəndində salınmış yeni qəsəbədəki mövcud problemlər və onların həlli ilə bağlı “Kür” Qərargahı Fövqaladə Hallar Nazirliyinə müraciət etmiş və bu yaxınlarda Qərargah nümayəndələrinin FHN rəhbərliyi ilə keçirilən görüşdə məsələ müzakirəyə çıxarılmışdır. FHN nümayəndələri problemin araşdırılıb həll ediləcəyini bildirmişdi.
Fövqaladə Hallar Nazirliyi və İmişli RİH- nin yerli nümayəndələrinin iştirakı ilə İmişli rayonunun Kür daşqınları ilə bağlı yeni salınmış Telişli qəsəbəsində olaraq mövcud problemləri araşdırıblar və artıq FHN mütəxəssisləri problemlərin aradan qaldırılmasına başlayıblar. Bu barədə məlumatı Telişli qəsəbəsində yaşayan yerli sakinlər “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına bildiriblər.
“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Kür daşqınları ilə bağlı salınmış digər yeni qəsəbələrdə də mövcud vəziyyətlə bağlı monitorinqləri davam etdirmək niyyətindədir.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 26-02-2023, 11:44 : Xocalı Soyqırımından 31 il ötür
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 25-02-2023, 09:30 : Vəziyyət GƏRGİNDİR- Alimlər HƏYƏCAN TƏBİLİ ÇALIR
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər