Kürdəmirdə su altında qalan Məscid
14-11-2011, 01:15
Oxunub: 6 110

Kürdəmir rayonunun mərkəzində yerləşən məscid kanalizasiya və yağış sularının altında qalıb.
Neçə illərdir ki, rayonda bir balaca yağış yağan kimi məscidin həyətyanı sahəsini su basır. Lakin rayon icra hakimiyyəti bu problemi həll etmir. Allah evinin su altında qalmasına göz yumulur. Məscidə ibadətə gələn insanlar öz hesablarına məscidin içərisinə girə bilmək üçün daş və çınqıl alaraq bir “yol” düzəldiblər. İbadət əhli məscidi boş qoymamaq üçün çətinliklə də olsa, buraya üz tuturlar. Dəfələrlə icra hakimiyyətinə müraciət olunsa da, problem qalmaqdadır. Məsələ ilə əlaqədar açıqlama verən rayon icra hakimiyyətinin rəsmis Ağəli Xanbaba oğlu Kərimli deyib ki, problemin yaranmasına səbəb məscidin yaxınlığından keçən kanalizasiya xətdinin sıradan çıxmasıdır. “Məscidin olduğu ərazi 63-cü məhəllə adlanan ərazidə yerləşir. Həmin ərazidə kanalizasiya xətti Sovet dövründə çəkilib və hazırda, demək olar ki, xətt bərbad gündədir. Artıq rayonun kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb. Bu problem yaxın zamanda həll olunacaq”
Rayon İcra Hakimiyyətinin Allah evinin su altında qalmasına biganə qalması məscid ətrafında yaşayan insanları da narahat etməkdədir. Söhbət etdiyimiz insanlar məscidin suyunun çəkilməsi üçün lazımı tədbirlərin görülməməsindən şikayətlənirdilər.
Sonda ümid edək ki, rayon icra hakimiyyəti Allah evinin su altında qalmasına biganəlik göstərməyəcək və tezliklə suyun çəkilməsi üçün işlər görəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər