Tərtərdə seks və qətl
14-11-2011, 17:10
Oxunub: 7 727
Tərtər rayonunda törədilən dəhşətli qətlin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumatına görə, məlumata görə, noyabrın 10-da Tünzalə Həsənovanı boğaraq qətlə yetirmiş şəxsin Tərtər şəhər sakini Tahir Ocaqov olduğu müəyyən edilib.
DİN Baş Cinayət-Axtarış İdarəsi və Tərtər rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tahir Ocaqov tutulub.
Qətlin təfərrüatları da elə məhz bundan sonra məlum olub. Tərtər rayon Prokurorluğundan əldə etdiyimiz məlumata görə, T.Ocaqov mərhumu 20 manat pul üstündə düşən mübahisə zamanı öldürdüyünü deyib.
T.Ocaqov istintaqa verdiyi ifadəsində deyib ki, T.Həsənova ilə 20 manat müqabilində cinsi əlaqədə olmağa razılaşıblar. Lakin T.Ocaqov işini bitirdikdən sora pulu verməkdən imtina edib. Mübahisə zamanı T.Ocaqov elə yataqda T.Həsənovanı mələfə ilə boğaraq öldürüb.
Evdən çıxan zaman mərhumun mobil telefonunu da götürüb. Yolda onu qıraraq atıb. Onu da əlavə edək ki, T.Ocaqov əvvəllər oğurluq etdiyinə görə məhkumluq həyatı yaşayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər