FHN zay çıxan evlərinin təmirinə başlayıb
16-11-2011, 09:15
Oxunub: 6 486
Məlum olduğu kimi, bir müddət öncə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri yerli sakinlərin iştirakı ilə İmişlinin Telişli kəndində salınmış yeni qəsəbədəki evlərə baxış keçiriblər.
Baxış zamanı məlum olub ki, yeni tikilməsinə baxmayaraq (Yeni Telişli qəsəbəsi ötən ilin sonlarında istifadəyə verilib) evlərin bir çoxunda problemlər yaşanır.
Monitorinq zamanı bir çox evlərdə evə giriş pilləkənlərində, balkon və döşəmələrdə çatların əmələ gəlməsi, çökməsi, döşəmələrə vurulan taxtaların aralanması, divarların çatlaması və çəkilmiş üzlüklərin qopub tökülməsi, ucbatından yağan yağışların evə daxil olması və s. kimi faktlar qeydə alınıb.
Ən acınacaqlısı isə odur ki, yağış yağan zaman artıq bəzi evlərin damından su damması qeydə alınıb, bəzi evlərin tavanına vurulan alçipanlar qopub yerə tökülüb. Sakinlər bildiriblər ki, bütün bunlar görülən işlərin keyfiyyətsiz və başdansovdu aparılmasının nəticəsidir.
Telişli kəndində salınmış yeni qəsəbədəki mövcud problemlər və onların həlli ilə bağlı “Kür” qərargahı Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Artıq FHN mütəxəssisləri kənddə problemlərin aradan qaldırılmasına başlayıblar. Bu barədə məlumatı Telişli qəsəbəsində yaşayan yerli sakinlər “Kür” qərargahına bildiriblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər