BolgeXeber.Com » Bölgə » İlham Əliyev Qaxa səfər edib

İlham Əliyev Qaxa səfər edib

17-11-2011, 13:40
Oxunub: 4 710 Prezident Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib


Azərbaycan Prezidenti İlham Əliyev Oğuz rayonundan sonra Qax rayonuna səfər edib. Dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə, ümumiyyətlə rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib.

***

Qaxda Heydər Əliyev Mərkəzinin təməli qoyulub

Prezident İlham Əliyev noyabrın 17-də Qax rayonunda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. Mərkəzin eskiz layihələri ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzi bir hektara yaxın ərazidə inşa olunacaq. Tikinti işlərinin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulub. Sahəsi 2 min kvadratmetrə qədər olacaq əsas binada bir böyük konfrans zalı, eksplikasiya salonları, sinif otaqları və mini konfrans zalı da fəaliyyət göstərəcək.

Burada xarici dil, rəsm dərnəkləri və ən müasir avadanlıqla təchiz edilən xidmət otaqları fəaliyyət göstərəcəkr. Mərkəzdə şagirdlər Azərbaycan ədəbiyyatını və tarixini dərindən öyrənəcəklər.

***
Qaxda İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış körpünün açılışı olub

İlham Əliyev Qax rayonuna səfəri çərçivəsində İlisu-Sarıbaş yolunda Hamamçay çayı üzərində salınmış tağvari metal körpünün açılışı mərasimində iştirak edib. Dövlət başçısı “Qax şəhərinin və Əlibəyli kəndinin sel sularından mühafizəsinin baş planı”na baxıb.

Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsib. Bildirildi ki, XVII-XVIII əsrlərə aid Qala məhəllə kompleksinin ətəyindəki bu körpünün tikintisinə 2009-cu ilin avqust ayında başlanılıb. Milli memarlıq ənənələrinə uyğun inşa edilən körpü rayonun Sarıbaş kəndinə avtomobillərin və piyadaların rahat və maneəsiz hərəkətini təmin etməklə yanaşı, gözəl görünüşü və möhkəmliyi ilə diqqəti cəlb edir. Körpünün metal aşırım qurğusu tağvari quruluşda, hərəkət hissəsi isə kəsilən tir sistemli olmaqla uzununa metal tirlərlə birləşdirilib. Qurğunun hər iki tərəfində piyada keçidi inşa olunub. İnşaat işləri zamanı yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib. Körpünün yanaşma yolları ilə birlikdə uzunluğu 110 metr, körpü hissəsinin uzunluğu 56 metr, eni isə 6,8 metrdir. Burada yamacların gücləndirilməsi məqsədi ilə 110 metr uzunluğunda istinad divarı inşa olunub. Bundan başqa, körpünün yanaşma yollarında təhlükəsizliyi təmin etmək məqsədi ilə metal borulardan hasar çəkilib. Hərəkətin təhlükəsizliyinə hərtərəfli imkan yaradan bu möhtəşəm qurğu, eyni zamanda, gözəl görünüşü ilə də diqqəti cəlb edən və orijinal dizaynı ilə seçilən memarlıq nümunələrindəndir.


***
Prezident Qaxda “El Resort” mehmanxanasının açılışında iştirak edib

Prezident İlham Əliyev Qaxda “El Resort” mehmanxanasının açılışında iştirak edib.
Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib.

Mehmanxanada yaradılmış şəraitlə tanış olan prezidentə məlumat verilib ki, üçmərtəbəli kompleks 2,7 hektar ərazini əhatə edir. Ümumi sahəsi 3 min 660 kvadratmetr olan mehmanxana lüks və VİP otaqlardan, 120 yerlik yeməkxanadan, 60 yerlik kafe–bar, oyun və kino zallarından ibarətdir. Qonaqlar burada türk və çin hamamlarının, nəhəng hovuzun, yaz-yay terrasının, universal idman meydançasının xidmətlərindən istifadə edə biləcəklər. Buradakı otaqlar yüksək beynəlxalq standartlara cavab verir. Mehmanxananın otaqlarının və yeməkxananın mərkəzləşdirilmiş kompyuter proqramı sistemi yaradılıb. Mehmanxananın bütün infrastrukturu - istilik, havalandırma, elektrik, rabitə, yanğınsöndürmə sistemləri ən müasir səviyyədə qurulub.

Dövlət başçısı sonra mehmanxananın tikilməkdə olan konfrans zalının layihəsini əks etdirən stendə baxıb. Üç zaldan ibarət olacaq ikimərtəbəli konfrans zalında eyni vaxtda bir neçə tədbirin keçirilməsi mümkün olacaq. Binanın tikintisi 2012-ci ilin martında başa çatacaq.

***

Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlqoyma mərasimində keçirilib

Prezident İlham Əliyev Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib. İnşaatçılar dövlət başçısını hərarətlə qarşılayıblar.

Azərbaycan Prezidenti Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin planına baxıb. Məlumat verilib ki, Qax şəhəri, Qaxingiloy və Qaxbaş kəndlərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinə əsasən, burada ilkin mərhələdə tutumu min kubmetr olan su anbarı inşa ediləcək. Sonrakı mərhələlərdə isə 500 kubmetrlik bir neçə su anbarı tikiləcək, kanalizasiya xətləri çəkiləcək. Qaxbaşı su anbarına Hamamçay körpüsünün yaxınlığındakı üç bulaqdan 8 min 300 metr uzunluğunda polietilen borularla su xətti çəkiləcəkdir. Beş hektar ərazidə sutəmizləyici qurğu inşa olunacaqdır. Sonucu mərhələdə isə Qax şəhərinin mövcud yaşayış sahələrində, o cümlədən Qaxbaş və Qaxingiloy kəndlərində su və kanalizasiya xətləri yenidən qurulacaqdır. Sistemin inşası 2013-cü ildə yekunlaşdırılacaq.

Sonra Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməli qoyulub