Masallıda əlillərə evi necə verirlər?
22-11-2011, 02:20
Oxunub: 7 859
Həmin evlərin əksəriyyətini rəis müavininə, bölmə rəislərinə, digər polis zabitlərinə kirayə veriblər
Son vaxtlar Masallıda əlillər üçün 2 bina tikilib. Sonuncu, 36 ailəlik bina isə 2 il öncə istifadəyə verilib. Bu 36 mənzilin 30-nu payladılar, 6-sını isə saxladılar. Halbuki növbədə kifayət qədər əlil var idi. Daha sonra bu evlərdən birini hərbidə şəhid olmuş bir gəncin ailəsinə verdilər. Bu günlərdə isə televiziyadan eşitdik ki, həmin mənzillərdən ikisi də Qarabağ əlillərinə verilib. Maraqlıdır, bina 2 ildir istifadəyə verilib, həmin əlillər də elə rayonda yaşayırdı. Bəs bina istifadəyə veriləndə onlar niyə yada düşmədi? Mən də istefada olan polis işçisiyəm, 2-ci qrup əliləm. 2007-ci ildən ev növbəsindəyəm. Bilirəm ki, həmin binada evlərin çoxu ehtiyacı olmayan şəxslərə verilib. Belə olmasaydı, həmin evlərin əksəriyyətini kirayəyə verib, orada rəis müavinini, bölmə rəislərini, digər polis zabitlərini əyləşdirməzdilər. Elə bu binanın qarşısında dayanan kirayənişinlərin xarici maşınlarına baxanda da bura heç əlillərin yaşadığı evə oxşamır.
Qısası, 36 mənzillik evi 2 ildir paylayırlar, lakin hələ də bir neçə mənzilin sakinini müəyyənləşdirə bilmirlər.
Cenubxeberleri.com
Çox Oxunanlar
- 4-02-2023, 15:50 : 29 illik general istefaya göndərilir?- ŞOK İDDİA
Xəbərlər / Ölkə
- 4-02-2023, 11:50 : Nəqliyyat vasitələrində süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ
Xəbərlər / Ölkə
- 4-02-2023, 18:27 : "Lənkəran- Astara regional" rəhbəri Elxan Nəcəfov mafioz direktoru "qoruyur"
Bölgə / Xəbərlər
- 6-02-2023, 19:19 : Azərbaycan qaz ixracatını sürətlə artırır
Analitika / Xəbərlər
- 4-02-2023, 14:08 : İrandan Fransa liderinə qarşı HÖRMƏTSİZLİK
Dünya / Xəbərlər
- 4-02-2023, 16:04 : Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirilib
Bölgə / Xəbərlər
- 6-02-2023, 11:34 : Kamalləddin Qafarov: " Macarıstan- Azərbaycan əməkdaşlığı bizim üçün böyük önəm daşıyır"
Analitika / Xəbərlər
- 4-02-2023, 17:04 : İsmayıllıda qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Bölgə / Xəbərlər
- 4-02-2023, 17:33 : Günün koronavirus statistikası açıqlandı
Xəbərlər / Ölkə
- 6-02-2023, 17:42 : Dağıntılar altında qalan tələbələrin fotosu yayıldı
Dünya / Xəbərlər