BolgeXeber.Com » Bölgə » Şəkidə məktəb direktoru ailənin 10 sot torpağını mənimsəmək istəyir

Şəkidə məktəb direktoru ailənin 10 sot torpağını mənimsəmək istəyir

19-10-2014, 12:15
Oxunub: 3 283 "Hal-hazırda bizim ailəyə məxsus 10 sot torpaqda təyinatı üzrə istifadə etməyimizə imkan verilmir, Daşdəmirov Ümidvar Mürsəl oğlu tərəfindən maneələr yaradılır"

Bolgexeber.com-un elektron poçtuna Şəki şəhər, Qoxmuq kəndində yaşayan 2-ci qrup əlil Əmrahova Hüsniyyə Vahid qızı və Əmrahov İntiqam Qurbanəli oğlu tərəfindən prezidentə və dövlət orqanlarının rəhbərlərinə ünvanlanmış şikayət məktubu daxil olmuşdur.Şəki sakinləri Şəki şəhər, Qoxmuq kəndinin tam orta məktəbinin direktoru Daşdəmirov Ümidvar Mürsəl oğlunun vəzifə səlahiyətlərini aşdığını,onun vəzifəsindən sui -istifadə etdiyini və qanuna zidd hərəkətlər etməsini iddia edir.Şikayət ərizəsini olduğu kimi təqdim edirik.


Ş i k a y ə t ə r i z ə s i
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ :
AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRİ.
CƏNAB MİKAYIL CABBAROVA.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRİ.
CƏNAB GENERAL POLKOVNİK RAMİL USUBOVA.

DİGƏR BÜTÜN DÖVLƏT ORQANLARINA.

ŞƏKİ ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ.

Şəki şəhər, Qoxmuq kəndində yaşayan 2-ci qrup əlil Əmrahova Hüsniyyə Vahid qızı və Əmrahov İntiqam Qurbanəli oğlu tərəfindən

Ş i k a y ə t ə r i z ə s i

Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, 1999-cu ildə torpaq islahatları gedərkən bizim ailəyə Şəki şəhər Qoxmuq kəndində 10 sot torpaq sahəsi verilmişdir və həmin bizim ailəyə məxsus mülk qanunun tələblərinə uygun sənədlərlə müvafiq orqanlar tərəfindən təmin edilmişdir. 2013-cü ildə Şəki şəhər, Qoxmuq kəndində yeni inşa edilən tam orta məktəbin tikintisinə başlanılmışdır, bizim ailəyə məxsus torpaq sahəsi həmin məktəbin yaxınlığında yerləşir, həmin torpaq ərazisinin məktəbin tikintisinə heç bir maneçiliyi yoxdur və həmin əraziyə düşmür. Biz bu faktları Şəki şəhər İcra Hakimiyyətindən, Dövlət Torpaq və Xəritə çəkmə komitəsinin Şəki şəhər ərazi idarəsindən, Dövlət Reyestr Xidmətinin Şəki şəhər idarəsindən və həmin məktəbi inşa edən injinerdən dəqiqləşdirmə zamanı bildirmişdirlər ki, həmin ərazi məktəb tikintisinə maneə törətmir və Azərbaycan Respublikasının qanuna uyğun sənədlərlə təmin edilmişdir, eyni zamanda bizim ailəyə məxsusdur.
Lakin bütün bunlara baxmayaraq Şəki şəhər, Qoxmuq kəndinin tam orta məktəbinin direktoru Daşdəmirov Ümidvar Mürsəl oğlu vəzifə səlahiyətlərini aşaraq, vəzifəsindən sui istifadə edərək qanuna zidd hərəkətləri ilə özü və məktəbin bəzi müəllim kolektivləri ilə birlikdə əlbir olub, bizim ailəyə məxsus 10 sot torpağı mənimsəmək istəyirlər, bizim ailəyə məxsus torpağımızı təyinatı üzrə istifadə etməyimizə imkan vermirlər, belə ki, bir neçə dəfə onun əlaltıları tərəfindən bizə təklif olunub ki, gəlin bu torpaqdan imtina edin, sənə başqa ərazidən torpaq verilsin. Bu kimi ədalətsizliyi, haqsızlığı, qanuna uyğunsuzluğu görüb məcbur qalıb,Sizə müraciət etmək qərarına gəldik.
Eyni zamanda nəzərinizə çatırmaq istəyirəm ki, Hörməti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hər dəfə çıxışlarında, müşavirələrdə dövlət məmurlarına tapşırır ki, Siz vətəndaşlara xidmət etməlisiz, ancaq Şəki şəhər, Qoxmuq kəndinin tam orta məktəbinin direktoru Daşdəmirov Ümidvar Mürsəl oğlu vəzifə səlahiyətlərini aşaraq, vəzifəsindən sui istifadə edərək qanuna zidd hərəkətləri ilə özü və məktəbin bəzi müəllim kolektivləri ilə birlikdə əlbir olub, biz sadə vətəndaşları incidir, Hörmətli Prezdentimizin tələblərini və qanunlarını yerinə yetirmir, Daşdəmirov Ümidvar Mürsəl oğlu rəhbərlik etdiyi məktəbdə ciddi yoxlamalar aparsanız hələ nələr üzə çıxacağını özünüz yaxşı görəcəksiniz.
Bu kimi hərəkətləri ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və göstərişlərin yerinə yetirməyən məktəb direktoru bizim dövlətə lazım deyil, biz sadə vətəndaşlar bunu belə bilirik.
Hal -hazırda bizim ailəyə məxsus 10 sot torpaqda təyinatı üzrə istifadə etməyimizə imkan verilmir, Daşdəmirov Ümidvar Mürsəl oğlu tərəfindən maneələr yaradılır, bu barədə qanuna uyğun tədbirlər görülməsi və məktəbin bu maneçilikdə əli olan şəxsləri ciddi cəzalandırılmasına ehtiyyac var.

Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Ölkə Başçımız, Hörmətli Prezidentimiz başda olmaqla bütün vəzifəli şəxslərdən Xahiş edirik ki, bizim ailəyə məxsus Şəki şəhər Qoxmuq kəndində olan 10 sot torpaq sahəsi istifadəmizə verilsin və bu vaxta qədər bizim ailəyə bizim torpaq sahəsində problem yaradan bütün vəzifəli şəxslərin ciddi cəzalandırılsın.

Diqqətinizə görə Sizə öz minətdarlığımı bildiririk.

18.10.2014-cü il.

İmza: Əmrahova Hüsniyyə Vahid qızı, Əmrahov İntiqam Qurbanəli oğlu.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com