BolgeXeber.Com » Bölgə » Ağgaşda toyda dava düşdü- 1 nəfər öldü

Ağgaşda toyda dava düşdü- 1 nəfər öldü

21-10-2014, 15:15
Oxunub: 2 443 Toyda daha bir dava

Bolgexeber.com-un DİN-in saytına istinadən xəbər verir ki, oktyabrın 20-də saat 22 radələrində Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində keçirilən toy məclisində Rusiya Federasiyası vətəndaşı Ərəstun Əşrəfli münaqişə zəminində kənd sakini İsgəndər Umarova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilən İ.Umarov ölüb.

İsgəndər Umarovu qətlə yetirmiş Ərəstun Əşrəflinin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.