BolgeXeber.Com » Bölgə » Şəkidə bazar qalmaqalı davam edir-ŞİKAYƏT

Şəkidə bazar qalmaqalı davam edir-ŞİKAYƏT

23-10-2014, 12:05
Oxunub: 3 419 Keçmiş icra başçısının qardaşı rayonda adamları bir dəfə bazar tikmək adı ilə aldadıb, indi isə ikinci prosesə başlayıb

Şəkidə 2009-2010-cu illərdə baş vermiş bazar fırıldağı ilə bağlı qalmaqal davam edir.Bolgexeber.com vasitəsi ilə dövlət başçısı İlham Əliyevə müraciət edən YAP-ın «veteran»larından olan Valeh Yusifli bildirir ki, həmin dövrdə Şəkinin icra başçısı olmuş Nazim İbrahimovun qardaşı Ürfət İbrahimovun aldatdığı şəxslər üçün köməklik istəyir.

O qeyd edir ki, Ü.İbrahimov həmin dövrdə rayonda bazar tikəcəyi vədi ilə 47 nəfərdən külli miqdarda pul alsa da, vədini yerinə gətirməyib. Nəticədə ciddi narazılıq yaranıb və insanlar məhkəməyə müraciət etməli olublar. Pullarını və dükanlarını ala bilməyən Şəki sakinlərinin Respublika Baş Prkurorluğunun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə edilən şikayətdən sonra isə cinayət işi açılıb.

Valeh Yusifli yazır ki, ilkin olaraq 43 nəfərin şikayəti əsasında araşdırma aparmış sözügedən idarə məsələyə baxılması üçün materialları Şəki Ağır Cinayətlərə Dair Məhkəməyə göndərib. Nəticədə, məhkəmə hökmündə 7 il azadlıqdan məhrumetmə cəzası müəmmalı şəkildə 1 il sınaq müddətli şərti cəza ilə əvəzlənib.

YAP-ın fəallarından olan sözügedən şəxs qeyd edir ki, 43 zərərçəkmişin pullarının yarısının qaytarılacağı vəd edilib ki, onlardan da bu məqsədlə razılıq ərizəsi alınıb. «Digjər zərərçəkənlər isə mənə müraciət edərək, onlara yardımçı olmağımı istəyirlər. Onlardan 26 nəfərinin imzası ilə müraciət tərtib olunaraq, müvfiq dövlət qurumlarına göndərilib. Lakin bizə formal və əsassız cavablar verilir. Həmin cavablardan biri də odur ki, qoy, zərərçəkənlər fərdi qaydada mülki iddia ilə məhkəməyə müraciət etsinlər».

Valeh Yusfili müraciətində vurğulayır ki, hazırda şikayətçilərin sayı 36 nəfərdir və üçüncü qrup şikayətçilər də 11 nəfərdən ibarətdir. «Cənab Prezident, necə olur ki, 1-ci 43 şikayətçinin şikayəti üzrə dərhal istintaq aparılır və Ü.İbrahimov məsuliyyətə cəlb edilir. Lakin digər 36 və 11 vətəndaşın ayrı ayrılıqda külli-miqdarda pul vəsaitlərinin mənimsənilməsilə bağlı dövlət orqanlarına etdikləri şikayətlərə baxılmır? Axı, bu insanların da konstitusion hüquqları ciddi formada pozulub və zərər çəkiblər. Və son 5 il ərzində Ü.İbrahimov bu vətəndaşlara 1 qəpik də ödəmək istəmir. Hazırda Şəki şəhərində bu insanlardan gizlincə fəaliyyətlə məşğuıdur, yenidən bazarı açmağa can atır. Yenə də yüzlərlə yeni-yeni insanlara bazarda yer verəcəyi vədilə qanunazidd əməllərlə məşğuldur. Və bu kombinasiyası ilə insanları xaosa sürükləyir».

Şəki-Baləkən bölgəsində YAP-ın qurucularından olan sözügedən şəxs dövlət başçısından iş üzrə 47 nəfər yeni zərəçəkmişlərin ərizələri dövlət orqanları tərəfindən ayrı-seçkiliyə məruz qalmadan baxılsın və məhkum Ü.İbrahimov vətəndaçlardan aldıqları külli-miqdarda pulları qısa müddətə özlərinə qaytarılmasına yardımçı olmasını istəyib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com