Xəstənin qohumları həkimləri döydü
1-12-2011, 21:25
Oxunub: 6 082
Ölən xəstənin qohumları həkimlərdən qisas almaq istəyiblər
Cəlilabad rayon Mərkəzi Xəstəxanasının həkimləri döyülüb. Bolgexeber.com-un ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bu barədə rayon polis bölməsinin istintaq şöbəsinin rəisi Eldar Məmmədov açıqlamasında bildirib. Onun sözlərinə görə, bir qrup şəxs gecə saat 02:00 radələrində xəstəxanaya hücum çəkib, şüşələri qırıb və işçiləri döyüb.
Belə ki, 30 noyabr gecə saat 02:00 radələrində təcili tibbi yardıma müraciət edilib və 54 yaşında infarkt keçirmiş bir kişinin halının pis olduğu bildirilib. Həkimlər onu Mərkəzi Xəstəxanaya aparıblar. Ancaq xəstə dünyasını dəyişib. Bundan sonra həmin şəxsin yaxınları xəstəxanaya gəlib və həkimləri döyüblər.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221.2.1 (Bir qrup şəxsin ictimai yerdə xuliqanlıq hərəkətləri etmə) maddəsilə cinayət işi qaldırılıb.
Məsələ ilə əlaqədar xəstəxananın baş həkimi Valeh Məmmədov açıqlamasında bildirib ki, ölən şəxsin yaxınlarının xəstəxanaya hücum çəkməsinin səbəbi ölümə görə həkimləri günahlandırmaları olub. Ancaq V. Məmmədovun sözlərinə görə, xəstə xəstəxanaya gətirilərkən yolda keçinib. Həkimlər əllərindən gələni etsələr də, onu həyata qaytarmaq mümkün olmayıb.
Qeyd edək ki, hadisə zamanı xəstəxananın 5 işçisi - təcili tibbi yardım maşınının sürücüsü Sücaət Hümbətov, reanimasiya şöbəsinin həkimi Sənan Rzayev, feldşerlər Mənsur Aslanov, İbadət Hüseynov və Ağaəli Qasımov döyülüblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər