BolgeXeber.Com » Bölgə » Bərdədə hərbi hissədə əsgərlər arasında “Breyn-rinq” intellektual yarışı keçirilmişdir

Bərdədə hərbi hissədə əsgərlər arasında “Breyn-rinq” intellektual yarışı keçirilmişdir

28-10-2014, 12:20
Oxunub: 4 874 “Qarabağ” komandası I yeri, “Neftçi” komandası II yeri, “Xəzər” komandası isə III yeri tutmuşlar

Bolgexeber.com bildirir ki, 27 oktyabr 2014-cü il tarixdə Bərdə rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgərlərdən ibarət 4 komanda arasında 24 nəfər iştirak etməklə “Breyn-rinq” intellektual yarışı keçirilmişdir.
“Xəzər”, “Neftçi ”, “Xəmsə” və “Qarabağ” komandaları arasında keçirilən bu yarışda daha güclü oyun nümayiş etdirən “Qarabağ” komandası I yeri, “Neftçi” komandası II yeri, “Xəzər” komandası isə III yeri tutmuşlar. Digər intellektual yarışlarında keçirilməsi nəzərdə tutulmuşdur.
Bolgexeber.com