Gəncə şəhərində dindarlarin aksiyasi dağidildi
5-12-2011, 15:55
Oxunub: 5 469
500-ə yaxin dindar yürüş keçirmək istəyib
Hər il olduğu kimi bu ildə Gəncə ərazisində məhərrəmlik ayı ilə bağlı dini mərasimlər qeyd olunur. Lakin Elmar Vəliyev Gəncə şəhərinə icra başçısı təyin olunandan sonra, Gəncədə dini dəyərlərə qarşı olan basqılar və bu mərasimlərin keçirilməsinə qarşı təzyiqlər artıb. Məhərrəm ayının 9-u Tasura günündə hər il olduğu kimi bu ildə yürüş etmək istəyən 500-ə yaxın Gəncə dindarı polis zorakılığı ilə üzləşib. Bu barədə Gəncə dindarları məlumat veriblər.
Gəncə dindarlarının verdiyi məlumata görə, bu gün səhər 500-ə yaxın dindar yürüş keçirtmək üçün Qazaxlar məscidinə yığışıb. Məscidin həyətinə toplaşan dindarlar, polis dəyənəkləri ilə dağıdılıblar. Bundan sonra məscidin həyətindən dağıdılan dindarlar, 16 nömrəli məktəbin həyətinə toplaşıblar. Bir neçə nəfər mülki geyimli polis əməkdaşı məktəbin həyətinə gələrək 2 nəfər inanclını vuraraq oradan uzaqlaşdırıblar. Ərazidə olan dindarlardan bir neçə nəfərini tutaraq polis bölməsinə aparıblar. Lakin bunlara baxmayaraq şəhərin mərkəzində pərakəndə şəkildə yürüşlər keçirilib. Eyni halda Şah Abbas məscidinə də toplanan dindarlar saxlanılaraq polis bölməsinə aparılıblar. Polislər bildiriblər ki, gedin şəhərin kənarından İmamzadəyə doğru yürüş edin, onsuzda şəhərin mərkəzində yürüş etməyə icazə verməyəcik. Dindarlar hazırda əzadarlıq üçün İmamzadəyə yollanıblar."
Gəncə dindarları həmçinin bildirdilər ki, "polislər İmamzadəyə gələrək bayraqları və şüarları söküb aparıblar. Ruhanilərimizə tapşırıblar ki, sizi əzadarlıq məclislərində görsək həbs edəcəyik.”
Xatırladaq ki, hər il Gəncə şəhərində Tasura və Aşura mərasimləri böyük izdihamla qeyd edilir. Elmar Vəliyevin Gəncə şəhərinə icra başçısı təyin olunandan bəri Gəncədə dindarlara qarşı təzyiqlər artıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər