BolgeXeber.Com » Bölgə » Zərdabda qətl törədəninin ailəsini kənddən qovdular

Zərdabda qətl törədəninin ailəsini kənddən qovdular

28-01-2015, 13:35
Oxunub: 3 933 Ötən ilin dekabr ayının 30-da Zərdab rayonunun Hüseynxanlı kəndində ərazisində baş vermiş qətl hadisəsilə bağlı yeni məlumatlar əldə olunub.

Avropa.info xəbər verir ki, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunu qətlə yetirən Dəliquşçu kənd sakini Mehrəliyev Vüsal Ələsgər oğlunun ailəsini kənd sakinləri kənddən qovublar.

Hal-hazırda ailənin Zərdab rayonunun mərkəzində sığınacaq taparaq, məskunlaşdığı bildirilir.

Xatırladaq ki, ötən ilin dekabrın 30-da Zərdab rayonunun Dəliquşçu kənd sakini, 1989-cu il təvəllüdlü Zeynalov Rəşad İnşallah oğlunun meyiti başı kəsilmiş halda rayonun Xanməmmədli kəndi ərazisində aşkarlanıb.

Faktla bağlı Zərdab Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R. Zeynalovun böyük qardaşı təxminən 1 il 6 ay əvvəl Rusiyada öldürülüb.