BolgeXeber.Com » Bölgə » “”Aztexmontaj” işçilərinin maaşını “montaj” edib...”

“”Aztexmontaj” işçilərinin maaşını “montaj” edib...”

2-02-2015, 09:55
Oxunub: 2 663 Səlim Müslümovun müdaxiləsi tələb olunan daha bir qanunsuzluq

"Cəsur" MMC şirkətində baş verən pozuntularla bağlı Moderator.az-a bir qrup işçi tərəfindən şikayət məktubu daxil olub.
İşçilər iddia edirlər ki, Qəbələnin Vəndam kəndində yerləşən və 5 hektar ərazisi olan "Yeddi gözəl" otelində santexnika işləri gördürən şirkət ötən ilin oktyabr ayından onların alın təriylə qazandıqları maaşları müxtəlif bəhanələrlə verməkdən imtina edir.
"Cəsur" MMC-nin "Aztexmontaj" şirkətinin törəməsi olduğu və türkiyəli Necati Elemant adlı rəhbər təfindən idarə edildiyi bildirilir. Orta hesabla ayda 600 manat maaş almalı olduqlarını bildirən şikayətçilər iddia edirlər ki, xaraktercə Necati Elemant yalançı adamdır və onlardan əvvəl də başqa qrup işçiləri aldadaraq işlədib və məvaciblərini verməkdən imtina edib.
Hətta iddialara görə türkiyəli arkadaşımız yanında qoçu dəstəsi saxlayır və bir müddət öncə halalca əmək haqqını tələb etdiyinə görə bir zavallı işçini elə döydürüb ki, yazığın sonradan aldığı məıvacib heç müalicə xərclərini ödəməyib. Amma o yalvar-yaxarla barəsində şikayət edilməməsinə nail olub, ancaq buna baxmayaraq hamı onunla bağlı bu olayı bldiyindən ondan ehtiyat edirlər.
Bu azmış kimi işçilərlə heç bir əmək müqaviləsi də bağlanmayıb və şikayətçilər şirkətin onları sözün həqiqi mənasında qul kimi işlətdiklərinə və gördükləri işə adekvat maaş verilmədiyinə də etiraz edirlər.

Redaksiyadan: Biz bir millət iki dövlət olsaq da öz millətinin nümayəndəsinə qarşı qaba davranan türkiyəli iş adamının bu cür davranışları hesab edirik ki, cavabsız qalmayacaq və buradan hörmətli əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdan xahiş edirik ki, Əmək Müfəttişliyinə bu ərköyün şirkət və səlahiyyət sahibləri barədə ölçü götürülməsinə göstəriş versin. Ümid edirik ki, rəsmi strukturların müdaxiləsi çörəyimizi yeyib ona xor baxanlara qanunlarımızın sərt üzünü göstərəcək.

Mövzunu diqqətdə saxlayacağıq...