BolgeXeber.Com » Bölgə » İcra başçısının sabiq müavini istintaqa çağırıldı

İcra başçısının sabiq müavini istintaqa çağırıldı

2-02-2015, 13:45
Oxunub: 2 435 Baxış Abdullayev Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə verib

Ötən həftə müəmmalı şəkildə işdən çıxarılan Goranboy rayon icra başçısının birinci müavini Baxış Abdullayev istefasından sonra təcili olaraq Bakıya çağırılıb. Verilən məlumata görə, Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə dəvət olunan sabiq müavinin orada bir neçə saat ifadə verdiyi vurğulanır.

Mənbə Baxış Abdullayevin konkret hansı ittiham üzrə dindirildiyini dəqiq bilməsə də, bunun rayonda baş verən son olaylarla bağlı ola biləcəyini istisna etməyib. Onun iddiasına görə, Baxış Abdullayevin adı Goranboy rayonunda baş vermiş son intihar olaylarından dolayı istintaqın diqqətinə düşüb. Amma bunun konkret olaraq hansı məqamlardan ibarət olduğu məlum deyil.

Bu əsnada onu da qeyd edək ki, Baxış Abdullayev bəzi mətbuat orqanlarında özü haqqında müsbət rəy yarada biləcək məlumatlar yaydırır. Jam.az xəbər verir ki, özünü «bacarıqlı kadr», «təmiz insan» kimi xarakterizə edən sözügedən şəxs bununla gözlədiyi təhlükənin qarşısını almaqla yanaşı, həm də ətrafındakı insanların ondan üz döndərməməsi niyyəti güdüblər.

Qarşı tərəfi də dinləməyə hazırıq.