BolgeXeber.Com » Bölgə » Sürücü Azərİnşaat MMC-dən şikayət etdi - VİDEO

Sürücü Azərİnşaat MMC-dən şikayət etdi - VİDEO

2-02-2015, 13:05
Oxunub: 5 419 Mənim işdən azad olunmamın birbaşa səbəbkarı Oktay müəllimdir

Sürücü İlham Kazımovun şikayətini olduğu kimi dərc edirik:

"Mən Kazımov İlham Albaba oğlu Lia.az saytına informasiya verərək bildiriəm ki, 2010-cu ilin aprel ayından Azərİnşaat MMC deyilən Dövlət Yol Şirkətinin nəzdində olan türk firmasında işə düzəlmişəm.
Lahiyə olaraq ilk işim Bakı dairəvi yolunda olub. O vaxtdan bu günə kimi işlədiyim müddətdə həftə sonları (altı- bazar günləri) işləməyimə baxmayaraq, həmin günlərin pulu mənə ödənilməyib. Həftə ərzində 40 saat işləməli olduğum halda 70 saat işləmişəm. İşlə bağladığım müqavilənin bir kopyasının həmişə mənə verilməsini istəsəm də, bu mənə verilməyib. 2012-ci ildən məni Sahil Tağıyev lahiyəsinə göndərdilər. Deməli, yük maşını sürdüyüm halda, indi su maşını sürməyə başladım. Sahil Tagıyev lahiyəsi bitdikdən sonra, Şamaxı yolu lahiyəsində işə başladım. (Yəni 15-45 lahiyəsində)İşlədiyim bu dövrün son 5 ayı ərzində - yəni ötən ilin avqust, bəlkə də iyul ayından mənimlə birlikdə işləyən 70 sürücüdən 56-sının maaşı 50 manat qalxdı. Həmin 56 nəfər sürücü ilə yenidən 3 aylıq müqavilə bağlanıb.
Amma nə üçün 70 sürücüdən 56-sının maaşının qalxması və onlarla əmək müqaviləsinin bağlanmasının səbəbi isə məlum deyil. Yerdə qalan 14 nəfər isə 450 manat məvaciblə işləyir. Görəsən, nə üçün 4 ay bundan əvvəl işə düzələn sürücü 550 manat ödənildiyi halda, illərlə işləyən və təcrübəli işçilər 450 manat məvacibə işləməlidir( 4 mənim kimi sürücü su maşınında 450 manat, 4 sürücü isə yük maşınında 450 manata işləyir)? Sual oluna bilər ki, mənim altı-bazar günlərini işlədiyim halda bu günə qədər deməməyimin səbəbi nədir? Əslində mən həmin günlərin haqqının ödənilməməsi ilə bağlı Əmək Müfəttişliyinə müraciət etmişdim. Onlarsa şikayət ərizəmin əvəzinə, təqsirkar mənmişəm kimi mənə izahat yazdırdılar. Müraciət etməzdən əvvəl isə bazar günləri işlədiyim halda haqqının ödənilmədiyindən dolayı bir neçə ay işə çıxmaqdan imtina etdim və işə çıxmadım. Düz 4 ay belə işlədim. Lakin dekabr ayının 1-də məni şirkətdən çağıraraq, əmək müqaviləmin müddətinin bitdiyini dedilər və məndən ərizə yazaraq işdən çıxmağımı istədilər. Mən isə etiraz edərək bildirdim ki, mənim müqaviləmin müddəti 2014-cü ilin mart ayının 13-də bitir.
Həmin gündən mən rəsmən işə götürülmüşdüm. Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanır 1 ay müddətinə. Əgər həmin ay müddətində sınaq müddətində səndən şirkət razı qalarsa, həmin şəxslə 3 aylıq müqavilə bağlanılır. Daha sonra 6 aylıq müqavilə imzalanır. Sonra isə illik müqavilə ilə əvəz olunur. Bu möhtərəm prezidentimizin sərəncamı əsasında təsdiqlənmiş əmək məcəlləsinin qanunudur. Mən isə sözü gedən şirkətdə çalışdığım müddətdə ilk dəfə müqaviləni 2010-cu ilin aprel ayında görmüşəm. Yəni mənimlə şirkət arasında cəmi bir dəfə 1 ay müddətində müqavilə imzalanıb. 4 ildir isə heç bir müqavilə imzalamadan işləyirəm. 2011-ci ilin dekabrın 31 günü məni çağıraraq, məni məcburən öz hesabıma 2012-ci ilin mart ayına qədər məni məzuniyyətə göndərdilər. (İşdən azad etdilər. Yəni məzuniyyətə çıxardıqlarını bildirsələrdə daha sonra işdən azad olunduğumu bildirdilər) 2012-ci ilin mart ayının 13-də isə məni yenidən Sahil Tağıyev lahiyəsinə işə götürdülər.
Həmin zaman mənimlə bu şirkət arasında ikinci müqavilə imzalandı. O müqavilənin müddəti də bitir 2014-cü ilin mart ayının 13-də. Qanunla təsdiqlənmiş formada desək hər bir iş yerində işçinin işinə xitam verilməsi ilə bağlı 2-3 ay əvvəlcədən xəbərdarlıq olunur. Bizə isə bu cür xəbərdarlıq verilməyib. Mart ayında yenidən işə götürsələr də və müqavilə imzalansa da avqust ayından yenidən işdən azad olunmamı bildirdilər. Mən bu qərar etiraz etdim. Lakin şirkət mənə kollektiv müqavilə deyilən bir müqavilə tipli sənəd təqdim edərək buradakı müddəalarla yaxından tanış olmağımızı bildirdilər. Bu müqavilədə isə bizim əslində 40 saat işləməli olduğumuzla bağlı məlumat öz təsdiqini tapır. (İş saatı həftəlik 40 saatdır.) Eyni zamanda həmin kollektiv müqavilənin üzərində mənimlə imzalanan müqavilə 2014-2017-ci illəri əhatə edir.
Azərİnşaat MMC şirkətinin texniki servis xidmətinin rəhbəri Oktay adlı şəxs mənim işdən çıxarılmağımla bağlı mənə bildirdi. Mənim işdən azad olunmamın birbaşa səbəbkarı Oktay müəllimdir. Mən həftənin 6-bazar günləri işləməkdən imtina etdiyim üçün məni işdən azad edib. Çünki hamı işlədiyi halda, mən qanuni 40 saatımı işləyirəm və artıq saatı qalıb onlar kimi işləmirəm. Altı-bazar günü qanuni halda iş günü hesab olunmadığı halda həmin günlərdə də maşınlar yanacaq alırdı. Bütün işçilərin həmin günlərdə işləməsi ilə bağlı kadrlar şöbəsində gündəlik işə gəlib getməni təsdiqləyən imza dəftərçəsində öz əksini tapır.
Əmək müfəttişliyində İlham adlı şəxs mənə altı-bazar günləri işlədiyimizi sübut edə bilməyəcəyimi bildirdi.
Əzizbəyov dairəsində səhər saat 7 00 da avtobus orada dayanır. Saat 07: 30 da işimiz başlayır və axşam 19:30 iş saatı bitir. Mənsə bütün bunları sübut etmək məqsədi ilə həmin sürücülərin narazılıqlarını çəkib sizə təqdim də edə bilərəm. Amma mənə sual olundu ki sən bununla nə edə biləcəksən? Uzaq başı həmin şirkəti çərimələyib 1600 manat təzminat ala biləcəyik. Bunun sənə nə faydası ola bilər?

Mən isə həmin şirkətdən məni 4 ay müddətinə öz hesabıma məzuniyyətə göndədikləri halda heç bir maddi vəsait ödənlmədiyini əsas gətirərək, həmin vəsaititin mənə ödənilməsini və 40 saat işləməli olduğum halda 70 saat işlədiyimi nəzərə alıb bütün haqqım olan vəsaitin mənə verilməsini tələb edirəm."