BolgeXeber.Com » Bölgə » İsmayıllının İcra başçısının MMC vasitəsilə yuduğu qara pullar hara gedir?

İsmayıllının İcra başçısının MMC vasitəsilə yuduğu qara pullar hara gedir?

2-02-2015, 15:40
Oxunub: 3 202 Onun rayonda sahib olduğu hər nə varsa qohumları tərəfdən idarə olunur

Vaxtıilə ölkə başçısı rayonda baş vermiş narazılığı nəzərə alaraq icra hakimini cəzalandırdı və onun yerinə əslən İsmayıllıdan olan professor Mirdaməd Sadıqovu təyin etdi. Amma nə baş verdi. İcra başçısı dəyişsədə rayonda problemlər olduğu kimi qaldı. Demək olar ki, icra başçısı Mirdaməd Sadıqovun gəlişindən sonra keçmiş başçının Rayon İcra Hakimiyyətində çalışan bəzi kadrları işdən çıxarıldı. Yeni icra hakimi onların yerinə öz adamlarını təyin etdi. Digər tərəfdən, rayonda abadlıq və quruculuq işləri də istənilən səviyyədə getmədi. Səbəb isə birdir - yarıtmaz idarəçilik. Belə iddia ilə müraciət edən şikayətçilər prezidentdən kömək istəyirlər. Beləki, şikayətçilər rayon mərkəzində və kəndlərdə geniş təmir-tikinti işlərinin həldə aparılmamasından narazıdır. Onların dediyinə görə İsmayıllının kanalizasiya və içməli su problemi rayonda hələdə ciddi fəsadlar yaradır. Rayonun mərkəzi ərazilərində kosmetik işlər gördürən Mirdaməd Sadıqov pul yığmaq məqsədi ilə yaratmış saxta MMC-lərlə qara pulların yuyulması ilə məşğuldur. Bu gün hər kəsə gün kimi aydındır ki, İsmayıllının bəzi kəndlərində yollar bərbad vəziyyətdə olduğundan gediş -gəliş çətindi. Sakinlər rayon mərkəzi ilə əlaqə saxlamaqda çətinlik çəkirlər. Bu qış aylarında şərait daha da dözülməz olub. Yağış, qar yağan kimi hər tərəf palçıqla əhatə olunur. Uşaqlar məktəbə gedə bilmirlər. Təcili yardım maşınları yollar pis olduğuna görə çağırış ünvanlarına vaxtında çatmır. Başçı özünü göstərmək üçün bir neçə dəfə sakinlərlə görüşsədə bu xəstəliyə çarə etmədi. Azerinews.tv -yə daxil olan şikayətdə oda bildirilir ki, İsmayıllı sosial problemlər məngənəsidə boğulur. İcra başçısı isə bunu görməzdən gəlir. Rayonda işsizlər ordusu yaranıb, gənclərin böyük hissəsi paytaxt Bakıda və ya Rusiyada şörək puluna möhtac yaşayır. Bu halın olması icra başçısının kefinə də deyil. Çünki, onun rayonda sahib olduğu hər nə varsa qohumları tərəfdən idarə olunur, yazan şikayətçilər bezdiklərini deyirlər. Onlar iddia edirlər ki, icra başçısı bir neçə MMC yaradıb ki, onlarlada saxta yollarla rayonun sərvətini ələ keçirməklə məşğuldur. Buna subut olaraq rayonda aparılan tikinti-təmir işlərinə ayrılan yüz min manatlarla vəsaitlər həmin MMC-lərlə yuyularaq icra başçısının cibinə gedir. Daxil olan şikayətdə daha sonra bildirilir ki, İcra başçısının yarıtmaz idarəçiliyindən qaynaqlanan məmur özbaşınalığı və Mirdaməd Sadıqovun dövlət vəsaitlərini necə və hansı mexanizimlə, həmin MMC-lər vasitəsilə mənimsəməsi barədə prezidentə açıq məktub yazacaqlarını da bildirirlər.
Mövzuya qayıdacağıq bizi izləyin.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com