BolgeXeber.Com » Bölgə » Salyan sakinləri: "Gəlin Allahı başımızın üstündə görək"

Salyan sakinləri: "Gəlin Allahı başımızın üstündə görək"

10-02-2015, 12:05
Oxunub: 10 358 "Mən bir ağsaqqal kimi deyə biləm ki, Azərbaycan fəxr et ki, Hacı Hüsnü Həsənov kimi oğulların var"

Bir neçə gün bundan öncə bir neçə xəbər saytlarında Qafqaz Müsəlmanları İdarəsinin Salyan və ətraf 4 rayon üzrə nahiyə qazısı Hacı Hüsnü Həsənov barəsində xoşagəlməz yazılar dərc edildi, elə həmin gün bu yazı aidiyyatı olan və olmayan qruplarda, istifadəçilər arasında işıq sürətilə paylaşdı. “Məşədi Azər” adlı qondarma adından saytlara yerləşdirilən, naməlum şəxs tərəfindən yazılan və uydurma ilə dolu bir xəbəri araşdırmaq və Hacı Hüsnü Həsənovun kimliyi barədə Salyan rayonunun Qarabağlı kənd sakinlərinin dilindən eşitmək istədik. Qarabağlı kəndində olarkən insanların Hacı ilə bağlı söylədiklərini qeydə aldıq.

Hər dəfə dini xadimlər haqqında söz düşəndə Salyan sakinləri Hacı Hüsnü Həsənov haqqında xoş sözlər deyər və onun əməyinə yüksək qiymət verər. Bütün xeyir işlərində rayon sakinlərinin təşkilatlanması, onların gördüyü işlər və eləcə də bir arada olmaları bir-birinə dəstək deməkdir. Təbii ki, bütün bunların başında dayanan isə mehribançılıq, isti münasibət, azərbaycançılığı yaşatmaq və səmimiyyətdir. Mehribançılıq və səmimiyyət olan yerdə isə daim keyfiyyətli, səmərəli iş alınır. Hacı Hüsnü Həsənov kimdir? Onun kimliyi hər halda həmyerlilərimiz üçün də maraqlı olacaqdır. Vətənini sevən hər kəsi xalq sevir, onun əməyinə dəyər verir. Biz də Hacı Hüsnü Həsənovu məhz bu keyfiyyətlərinə görə sevirik. Azərbaycan adını yaşadan, xalqını sevən, milli dəyərlərimizi qoruyan bir Azərbaycan oğlu ilə elə biz də fəxr edirik. Onların adlarını sadalamaq mümkündür, amma sadalasaq bir kitab alınar. Odur ki, heç kimin adını çəkmədən yenə də eloğlumuz, hörmətli həmyerlimiz Hacı Hüsnü Həsənovla bağlı mövzuya qayıtmalı oluram. Vətənə Hacı Hüsnü Həsənovun gözləri ilə baxmaq istədim. Onun bölgələrimizdə dini necə təmsil etdiyini oxuculara çatdırmaq keçdi qəlbimdən. Odur ki, oxucularımızın diqqətlə oxuması vacibdir. Söz aqilləri əbəs deməyiblər «Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyü ilə müəyyən edilir». Bu sözlər ulularımızın söz süzgəcindən keçərək bu günümüzə qədər gəlib çıxıbdır. Kim olursan ol, harada yaşayırsan yaşa, fərq etməz, kimliyini unutma, vətənini hər yerdə müqəddəs say. O zaman daha hörmət və izzət sahibi olarsan. Hacı Hüsnü Həsənovun da amalı budur. Harada olursa olsun, onun üçün bir vətən var. AZƏRBAYCAN! O Azərbaycan ki, ora vətəndir. Qoxusu, havası daim onunla bərabərdir. Fikirlərində insanlara sədaqət, ürəyində vətən və din havası. Bəlkə də Hüsnü Həsənovu vətənə və dinə bağlayan bu hisslər, bu duyğulardır. Kimsə bu hissləri, bu duyğuları onun qəlbindən söküb ata bilməz. Kalinini gözəl bir kəlamı bu gün də dillər əzbəridir. «Öz vətənini, öz azadlıq və istiqlaliyyətini sevən bir xalqın ruhunu məhv edə biləcək qüvvə yoxdur». Hüsnü Həsənovu zirvədən-zirvəyə aparan da vətən və din sevgisi olubdur. Atalar deyib ki, istəyin hara, mənzilin də ora. Vətən havası, din sevgisi olan arzusu, istəyi onu Qafqaz Müsəlmanları İdarəsinin Salyan və ətraf 4 rayon üzrə nahiyə qazısı vəzifəsinə qədər ucaltdı. Əsl din xadimi olduğunu qürurla, fəxrlə hər kəsə çatdırdı. Hətta dini başqalarına da sevdirdi. Ürəkdə din sevgisi olmaqla yanaşı, vətənpərvərliyin tərbiyəvi əhəmiyyəti çox böyükdür. O elə bir məktəbdir ki, burada bəşəri ideyalar aşılanmır. Dəfələrlə Hacı Hüsnü Həsənovun keçirdiyi tədbirlərdə olmuşuq. Bütün tədbirləri yaddaşımızda xoş xatirələr buraxıbdır. Bir gün tədbirlərin birində Hacı Hüsnü Həsənova belə bir sual vermişdim: - Hacı bu qədər din və vətən sevgisi sizin üçün haradan qaynaqlanır? O isə mənə belə cavab vermişdi: - Namuslu bir insan olmaq istəyirsənsə ömrünün mənasını vətənə və iman gətirmiş insanlara xidmətdə gör. İnsan ömrü su kimi axıb gedir. Bir də dönüb arxaya baxanda görürsən ki, artıq qara saça dən düşübdür. Sonra öz-özünə düşünürsən: - İllər nə tez ötüşür. Artıq yaş da öz işini görübdür. Bu illər ərizində yadda qalan hansı işin qulpundan yapışmışam… O zaman keçmişə dönmək, gəncliyininə geri qayıtmaq istəyirsən. Lakin bu mümkünsüz olur. Ötən günlərinin hədər keçən anlarına təəssüf edərək nəsə etməyə çalışırsan, amma nail ola bilmirsən. Çünki keçmişin buna imkan vermir. Düşünürsən ki, ömürün su kimi axarında mən vətən üçün nə etdim? Təəssüflənərək heç nə edə bilmədim, deyib xəyala dalırsan. Ömrünü hədər keçirənlər Hacı Hüsnü Həsənov kimi insanlara baxaraq yaşadıqları ömrü hədər sayırlar. Deyəsən mövzudan uzaqlaşdım. Salyan rayonunun Qarabağlı kəndində olarkən, kənd sakini ağsaqqal Nağı Nağıyevlə həmsöhbət olduq. Kəndin ağsaqqallarından olan Nağı kişi, Hacı Hüsnü Həsənovun qonaqpərvərliyindən danışdı. Ağsaqqal Salyanın sayılıb seçilən oğlu Hacı Hüsnü Həsənovun işgüzarlığından danışaraq, onun din xadimi kimi fəaliyyətindən razı qaldığını bildirdi. Hüsnü Həsənov din xadimi olmaqla yanaşı bir xeyriyyəçi kimi çox işlər görür. Bu yaxınlarda onun başqa bir tədbirində oldum. Tədbir kəndin məscidində təşkil olunmuşdu. Tədbir tövbə edib, iman gətirənlərə dini aşılamaqdan ibarət idi. Hacı Hüsnü Həsənov dinimizi beləcə təbliğ edir. Təbii ki, bütün bunlar islam dininin inkişafını göstərməkdir. Mən bir ağsaqqal kimi deyə biləm ki, Azərbaycan fəxr et ki, Hacı Hüsnü Həsənov kimi oğulların var. Onlar ömrünü insanlara və cəmiyyətimizin dini cəhətdən mariflənməsinə həsr ediblər. Onların vətənə və dinə olan sevgisini görənlər yalnız çıxışı zamanı bu sözləri deyirlər: - Var olsun Azərbaycan! Hər torpaq belə oğullar yetişdirmir.

xalqxeber.az