BolgeXeber.Com » Bölgə » Cəbrayılın icra başçısı nəyin bolluğuna düşüb?

Cəbrayılın icra başçısı nəyin bolluğuna düşüb?

11-02-2015, 11:05
Oxunub: 2 731 Digər qaçqın rayonları kimi, Cəbrayıl da öz başçısı üçün əlverişli büdcə bulağıdı

Hazırkı başçı, həm də paytaxtın önəmli yerlərində ucaltdığı topdağıtmaz obyektlərin "kralı" kimi tanınan Mahmud Quliyevi mətbuatda gedən tənqidi yazılar bir balaca silkələsə də, himayədarları onun başı üzərindəki qara buludları "topa" tutaraq xətanı d'mb'd'm sovuşdura bilirlər. Düz 15 ildi belədir. O vaxtdan bəri Mahmud müəllim ətrafına yığdıqları ilə əl-ələ verib büdcə məkanında cənnətməkan qurmağındadır. Qaçqın və didərgin həyatı yaşayan cəbrayıllılar isə şikayətlərin əhəmiyyətsiz olduğu qənaəti ilə baş verənlərə seyrçilik etməkdən özgə yol görmürlər. Bilirəm, soruşacaqsınız ki, Cəbrayıl kimi nisbətən kiçik miqyaslı məkanda Mahmud Quliyev nəyin bolluğuna düşüb. Vallah, mən də sizin kimi belə suallara cavab axtarmaq üçün bir varxtlar "Axtamar" konyakına məhəbbətlə seçilən bir neçə seçilmişə müraciət etmişdim. Amma cavab əvəzinə hədə-qorxu gördüm. O vaxtdan baş verənləri elə qıraqdan, dinməz-söyləməz seyr edırəm ki, çəp danışıb xətir-hörmətdən düşməyim. Həm də Mahmud müəllimin iclas protokollarına göz verib işıq alıram ki, rayonda hər şey öz qaydasında gedir. Amma yenə həminki yeyintilər, yenə başçının gözündə köhnəlmiş qaçqın həyatının ağrılı problemləri meydan sulayır. Amma sudan quru çıxmağı bacaranlar üçün isə bunun heç bir qorxusu-zadı görünmür. Öz aramızdı, danışanda gərək, ölçü-biçi biləsən. Digər qaçqın rayonları kimi, Cəbrayıl da öz başçısı üçün əlverişli büdcə bulağıdı. Kim o bulağın gözündən su içə bilmirsə, qoy getsin "Vayxır" suyu içsin. Bilməyənlər də qoy bilsin. Cəbrayılda başçının gözündən düşməmək naminə büdcəyə göz dikən xırda məmurların hamısı əlindən gələni edir. Buna necə nail olur, öyrənib yazarıq. Hərgah qabaqcıl təcrübə kimi yayılası olsa, reklam çarxı tapıb o yan-bu yana fırladarıq. Hə, onu deyirdim axı, rayonun maliyyə və səhiyyə şöbələrinin rəhbərləri də "nümunə" götürüb nümunəvi şəkildə elə izlər görür. Götürək elə təhsil şöbəsinin balansında olan 49 ümumtəhsil məktəbini. Həmin məktəblərdə təhsil alan 8 minə yaxın şagirdin təlim-tərbiyəsi ilə 1300-ə yaxın müəllim məşğuldur. Tutaq ki, təhsil şöbəsinin müdiri müəllimlərdən aylıq haqq almır. Bəs onda şöbə müdiri hansı maraqla orta hesabla, hər 6 şagirdə bir müəllim "zanit" eləyib? Bunu mən soruşmuram ha! Dedim axı, mən danışmayacam. Amma danışanların danışdıqlarını da nəzərdən qaçırmayacağam. Rayondaki korrupsiya mənbələrindən daha birisi, adı var-özü yox, səhiyyə sistemi barədə indiyədək o qədər xırda yazılıb ki, oxumaq üçün gərək eynək taxasan. Biz yazanda iri planda yazırıq ki, görməyənlər büdcə yeyintisini görüb işığa gəlsinlər. Baxıb görsünlər ki, Mahmud Quliyevin başçı olaraq rolu nədən ibarətdir. Bəyəm, başçı da pensiyaçının haqqına göz dikər? Rayonda nə qədər əlil və pensiyaçı var, bilirsiniz? Bilməsəniz yaxşıdı. Yoxsa gedib deyərsiniz Maliyyə Nazirliyinə, ora yoxlama göndərər. Mən o yoxlamadan qorxmuram ee. Qorxum ondadı ki, yoxlamaları çaşıb Mahmud müəllimə məxsus olduğu deyilən "Elmed" tibb mətkəzinə göndərərlər, biabır olarıq. Başçı qadasın aldığım da ətrafındakı qohum əqrabası vasitəsilə balaca bir rayonda sıraladığı böyük yeyintilərin hesabını nə qədər versə, qurtarmaz. Qalan hissəyə Bakı kimi şəhərdə ürəyin istəyən obyekt almaq nəmənə şeydi ki? Mahmud müəllim də bütün bu işləri tərəziyə vurub görüb ki, vəzifə beş günlük şeydi. Ona görə də sabahına gün ağlamağa qərar verib. Əcəb edir. Mən onun yerinə olsaydım, gedib İçərişəhər metrostansiyasını "sroçnı" öz adıma dəyişdirərdim.

(Ardı var) GünBakı