BolgeXeber.Com » Bölgə » Prezidentin 50 yaşına 12 tonluq, 50 metrlik tort-Foto-Video

Prezidentin 50 yaşına 12 tonluq, 50 metrlik tort-Foto-Video

24-12-2011, 18:15
Oxunub: 9 538


Bu gün Sumqayıt şəhər Kimyaçılar Mədəniyyət Sarayının qarşısında 50 metr uzunluğunda tort kəsilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu münasibətlə keçirilən tədbirdə bildirib ki, 12 ton çəkisi olan tort Azərbaycan Prezidenti İlham Əliyevin 50 illik yubileyi münasibəti ilə hazırlanıb. Tortun üzərində Azərbaycanın müxtəlif bölgələrinin, tarixi memarlıq abidələrinin, görməli yerlərinin görüntüləri öz əksini tapıb.Tədbirdə qeyd olunub ki, hazırlanan un məmulatı Avropanın ən böyük tortudur. Sonra tədbir konsert proqramı ilə davam etdirilib. Tortun hazırlanmasında 22 min yumurta, 2 ton un, 400 kq kərə yağı, 300 kq qozdan istifadə olunub.