BolgeXeber.Com » Bölgə » Tərtərdə Novruz bayramı qeyd olundu

Tərtərdə Novruz bayramı qeyd olundu

18-03-2015, 16:40
Oxunub: 6 408 Tərtərdə Novruz bayramı qeyd olunduŞənlikdə 7 mindən çox rayon sakini iştirak etmişdir. Bayramsayağı bəzədilmiş meydanda məktəblilərin əl işləri, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilmişdir. Meydanda tonqal yandırılmış, milli geyimdə olan atlıların, gənc idmançıların və kəndirbazın çıxışları maraqla qarşılanmışdır. Gül-çiçək, səməni və xonçalarla bəzədilmiş meydana Bahar qız faytonla daxil olmuş, Azərbaycanın bayrağını əllərində tutmuş gənclər at belində onu müşayət etmişlər. Bahar qızın gəlişi bayram tədbirini daha da şənləndirmişdir.
Sonra rayonun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri Novruz bayramı münasibəti ilə təbrik etmişdir. Rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edən idarə, müəssisə işçiləri rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Tədbirdə çıxış edən əməktər artis Gülüstan Əliyevanın və “Kür” ansamblının rəngarəng musiqi nömrələri hər kəsin ürəyincə olmuşdur.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev də tərtərliləri Novruz bayramı münasibəti ilə təbrik etmişdir.
Bolgexeber.com
Tərtərdə Novruz bayramı qeyd olundu
Tərtərdə Novruz bayramı qeyd olundu
Tərtərdə Novruz bayramı qeyd olundu
Tərtərdə Novruz bayramı qeyd olundu
Tərtərdə Novruz bayramı qeyd olundu
Tərtərdə Novruz bayramı qeyd olundu
Tərtərdə Novruz bayramı qeyd olundu