BolgeXeber.Com » Bölgə » Millət Vəkilləri Yeni ili harada qeyd edəcək?

Millət Vəkilləri Yeni ili harada qeyd edəcək?

30-12-2011, 15:45
Oxunub: 10 385 Nəriman Əliyev seçicilərlə, Qənirə Paşayeva isə əsgərlərlə...

Daima diqət mərkəzində olan Millət Vəkillərinin harada olması yenə də jurnalistlərin gözündən yayınmadı. Bəzi deputatlarımızdan xəbər tuta bilməsək də 70 saylı Masallı secki dairəsindən seçilmiş Millət Vəkili Nəriman Əliyevdən və Tovuz rayonunun deputatı Qənirə Paşayevadan xəbər tuta bildik. Bolgexeber.com-un əməkdaşının suallarını cavablandıran Qənirə Paşayevanın köməkçisi bildirdi ki, hazırda Qənirə xanım 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirib.
Saytımıza məlumat verən xanımın köməkcisi bildirdi ki, əsgərlər qarşısında çıxış edən millət vəkili əsgərləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib. Azərbaycan xalqının millik birlik günü olan həmrəylik gününün əhəmiyyətinə toxunan millət vəkili Qənirə Paşayeva bütün azərbaycanlıların yalnız həmrəylik günündə deyil, həmişə həmrəy olmağının vacibliyini vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva bildirib: “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşəallah, gələn bayramlarımızı işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə qeyd edək”.

Daha sonra millət vəkili Qənirə Paşayeva və digər qonaqlar xidmətində fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər.

Nəriman Əliyev seçicilər arasında...
Bolgexeber.com-un əməkdaşına danişan Masallı rayonundan secilmiş Millət vəkili Nəriman Əliyevin köməkcisinin bildirdiyinə görə Deputat Nəriman Əliyev artıq 10 gündən coxdur ki, kənd məktəblərində təhsilin səviyyəsi ilə bağlı monitorinqlər aparır. Onuin sözlərinə görə Monitorinqlərin aparılmasında əsas məqsəd kənd məktəblərində catışmamazlıqın aradan qaldırılmasıdır. Bundan əlavə olaraq Millət Vəkili 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətil rayonun Çaxırlı, Həsənli, Kəlbəhüseyinli kəndlərindəd ə seçiciləri ilə görüş kecirib. Millət Vəkili onlara təbriklərini çatdırıb və onlara yeni ildə yeni naliyyətlər arzu edib. Çaxırlı kənd sakini Ramin Ağayevin Bolgexeber.com-a bildirdiyinə görə yeni il ərəfəsində Millət Vəkilinin onlarla birlikdə olması çox sevindirici oldu. “İlk dəfə idi ki, görürdük ki, millət vəkili vətəndaşları təkbətək qəbul etsin və onların problemlərini dinləsin. Bu bizim ücün böyük bir hədiyyədir.”

Daha sonra Millət Vəkili Nəriman Əliyevin rayonun Yeddioymaq və Qasımlı kəndlərində Tibb məntəqəsinin acılışında iştirakı baş tututb.

Millət vəkilinin sozcüsünün bildirdiyinə görə Millət Vəkili Nəriman Əliyev deputat secilməmişdən öncə də bütün bayramları rayon sakinlərinin iştirakı ilə xeyriyyə tədbirləri kecirib və bundan sonra da bu adət -ənənəni davam etdirəcək. Daha sonra o, bildirdi ki, haızrda Millət Vəkili Nəriman Əliyev Masallı rayonundadır və 2012-ci ili də, etimadını qazanmış seçicilərlə birlikdə kecirəcək.