Şamaxıda amansız qətl
1-01-2012, 14:00
Oxunub: 7 339
Şamaxı rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Rayon Polis Şöbəsindən Bolgexeber.com-a verilən məlumata görə, rayonun Quşçu kənd sakini, 1982-ci il təvəllüdlü Qədirov Ağa Nuru oğlu dekabrın 31-də ov tüfəngi ilə Şamaxı şəhər sakini, 1978-ci il təvəllüdlü Nuriyev Məhəmməd Məhəmmədəli oğlunu rayonun Çöl Göylər ərazisində qətlə yetirib.
A. Qədirov M. Nuriyevi öldürdükdən sonra onun meyitini mərhuma məxsus 44 BM 226 dövlət nömrə nişanlı, “QAZel” markalı yük maşınına qoyaraq maşına od vurub, sonra isə yanan maşını 250 metr hündürlükdən dərəyə yuvarlayıb.
Qətli törədən şəxs artıq polis tərəfindən saxlanılıb. Məlumata görə, A. Qədirov və M. Nuriyev dost olublar və bir neçə ildir, şərikli mal-qara alveri ilə məşğuldurlar. Hadisənin səbəbləri müəyyənləşdirilir.
Faktla bağlı rayonun prokurorluğunda cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər